Aqrar mütəxəssis – məsləhətçi

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsini İqtisadi və Sosial İnkişaf Mərkəzinin tərəfdaşı kimi həyata keçirir.

Layihənin məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Uluçay” üç aqrar mütəxəssis – məsləhətçi vakansiyalarını elan edir.

Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu

Müddət: 24 ay

Aqrar mütəxəssis – məsləhətçilər Şəki şəhərində yaradılacaq Kənd Təsərrüfatı Məsləhət və İnformasiya Mərkəzlərində yerli fermer və əhali üçün kənd təsərrüfatı sahəsində məsləhət xidmətləri göstərəcəkər. Həmçinin, iş çərçivəsində iqtisadi region ərazisinə seçilmiş kəndlərə mütəmadi səfər edərək sahələrdə fermerlərə dəstək göstərəcəklər.

Vəzifə və öhdəliklər:

  • Kənd Təsərrüfatı Məsləhət və İnformasiya Mərkəzinin gündəlik işlərində aktiv iştirak etmək;
  • Kənd təsərrüfatı, k/t aid innovasiya, texnologiya və digər vacib məlumatların toplanması və fermerlərə çatdırılması;
  • Fermerlərə və eləcə də, fermer təsərrüfatı yaratmaq istəyənlərə məsləhət və dəstək xidmətlərinin göstərilməsi;
  • Regionla fermer, bazar iştirakçıları, istehsalçılar və digər dəyər zənciri iştirakçıları ilə bağlı məlumat bazasının yaradılması və onun daima yenilənməsində iştirak etmək;
  • Fermerlər üçün təlimlərin və məlumatlandırma sessiyalarının təşkil edilməsinə dəstəyin göstərilməsi;
  • Layihə tərəfindən keçiriləcək Təlimçilər üçün Təlimlərdə iştirak etmək və əldə edilən təcrübə və bilikləri sahələrdə fermerlərə ötürmək;
  • Aqro-pikniklərin, şəbəkə görüşlərin və layihə çərçivəsində təşkil ediləcək festivalların təşkilində aktiv iştirak etmək;
  • Görülmüş işlərlə bağlı aylıq və rüblük hesabatların hazırlanması və Yerli Koordinatora təqdim edilməsi.

Təcrübə və bacarıqlar:

  • Kənd təsərrüfatı sahəsində ali təhsil (aqronom, bitkiçilik, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, aqrar texnologiya) və ya qeyd edilən sahələr üzrə müvafiq təcrübə;
  • Kənd təsərrüfatı sahəsində məsləhət xidmətlərinin göstərilməsində ən azı 3 illik təcrübə;
  • Kənd təsərrüfatı sahəsində yenilikləri izləmək və müxtəlif yeni təcrübələri bilmək;
  • Araşdırma və məlumat bazası ilə işləmək bacarığı;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı yüksək səviyyədə olmalıdır;
  • MS Office (Word, Excel, PowerPoint) proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Dürüst, dəqiq və işinə məsuliyyətlə yanaşmalı;
  • İş ilə bağlı ölkə daxilində səfərə gedə bilməlidir.

Maraqlı olan şəxslər CV-rini 04 oktyabr 2020-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Aqrar mütəxəssis” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.

Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.