Xülasə

Araşdırmada boşanmış qadınların cəmiyyətdəki mövqeyinə cinsi həssas bir mövzu baxımından toxunulmuşdur. Azərbaycanda boşanma hələ də çox mübahisəli hesab olunur və cəmiyyətin bir çox üzvləri, xüsusilə də keçmiş ənənə ilə yaşayan və düşünən nəsillər və əsasən də, kənd yerlərində yaşayan insanlar tərəfindən anlayışla qəbul edilmir.
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi, boşanmış qadınlarla bir sıra müsahibələr apararaq araşdırma həyata keçirib, məsələni daha geniş şəkildə anlamaq üçün isə ayrı-ayrı mənbələrdən statistik məlumat toplayıb. Araşdırma boşanma prosesində və sonrakı mərhələlərdə qadınların ümumi çətinlikləri, hüquqi mexanizmlərin mövcudluğu və qadınların qanunlar, eləcə də, insan hüquqları haqqında nə dərəcədə yaxşı məlumatlı olduqları haqqındadır. Sosial stigma bütün prosesə necə təsir göstərir və bu çoxşaxəli problemi həll etmək üçün hansı yollar var? Bu gün boşanmış və gələcəkdə bu problemi yaşama potensialı ilə üzləşmə ehtimalı olan qadınlar üçün cəmiyyətdə daha yaxşı şərait yaratmaq, mövcud vəziyyəti dəyişdirmək üçün dəqiq hansı addımlar atıla bilər? Bu baxımdan da, ölkədə gender bərabərliyi məsələlərini həll etmək üçün hərtərəfli araşdırmaların aparılması günümüzün ən aktual məsələlərindən biridir.

Azərbaycanda qadınlar rəsmi olaraq tam siyasi, iqtisadi və sosial iştirak hüququna malikdirlər, lakin cəmiyyətdəki xüsusilə də, kənd yerlərindəki dərin köklü patriarxal münasibətlərə görə realliq bir az fərqlidir. Ailə yüksək dəyərə malikdir, uşaq ailənin ən mühüm elementlərindən biridir, kişilər əsas qərar sahibləri və çörək pulu qazananlardır, qadınlar ana olduqlarına və eləcə də, əgər lazım gələrsə maliyyə dəstəyini təmin etdiklərinə görə çox hörmət edilirlər. Həmçinin, qeyri rəsmi şəkildə kişi və qadın peşələrinə bölünən sahələrdə də problem var. Kişilər biznes sahəsi, idarəçilik, iqtisadiyyat, tikinti və neft sahəsində, qadınlar isə orta əmək haqqı çox aşağı olan təhsil, səhiyyə, sosial xidmətlər, istirahət və əyləncə sahələrində çalışır. Bu cür bölgü nəhəng gender boşluğu yaradır və kişilərin çalışdığı müxtəlif sahələrdə qadınların ümumi qabiliyyətinin vacibliyini azaldır. Bu ənənəvi rollar qadınların kişilərdən iqtisadi, siyasi və psixoloji asılılığını göstərir.

Nikah və boşanma

Əvvəl qeyd edildiyi kimi ailənin yaradılması çox mühümdür, valideynlər qızları üçün ər tapmaqda böyük səy göstərir. Razılaşdırılmış olunmuş nikahlar Azərbaycan cəmiyyətində hələ də üstünlük təşkil edir, bəzi hallarda kənd yerlərində qızların valideynlərinin seçdiyi namizədə qarşı çıxmaq hüquqları belə yoxdur. Bu ailələrdəki bəzi vəziyyət və hallarla bağlı yalan danışan və ya qadınlar ücün sonradan onun haqlarını tapdalayan dözülməz həyat şərtləri ilə nəticələnə bilən məsələləri nikahdan qabaq gizlədən ailələrdə baş verir. Maliyyə vəziyyətinin aşağı olması, əlverişsiz yaşayış şərtləri, yüksək yaş fərqi, ərin zorakı davranışı, ərin spirtli içki və narkotik maddələrdən istifadəsi bunların az bir hissədir. Qadınlar özləri üçün ayağa qalxmaq və hüquqlarını qorumaq sahəsində zəiflik nümayiş etdirir və ya əziyyətlərə qatlaşmaqla ailələrinin şərəfini qorumağa davam edirlər. Qadınlara kənardan dəstək yoxdur və çoxlarının valideynlərinin də tək yolu onları səbrli olmağa dəvət etmək və hər şeyin yaxşı olacağına ümid bəsləmələri üçün ruhlandırmaqla bitmiş sayılır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə əsasən son iki ildə boşanmaların sayı artıb. Statistikaya görə 2011-ci ildə 10000-dən çox boşanma olub, 2017-ci ildə boşanmaların sayı 14514-ə çatıb, digər tərəfdən evlilik dərəcəsi 2011-ci ildən aşağı düşüb, belə ki 2011-ci ildə 88145 nikah qeydiyyata alınıbsa, 2017-ci ildə bu say 62923-dür. 2018 ci ilin ilk 7 ayında 33009 nikah və 8537 boşanma qeydiyyata alınıb. Ümumilikdə boşanmanın nisbəti hələ də digər ölkələrlə müqayisədə çox aşağıdır (hər 1000 nəfərə 1.2 – 1.5 nəfər).
Azərbaycanda boşanmanın əsas səbəbləri məişət zorakılığı, sonsuzluq, qeyri–bərabərlilik, narkomaniya, xəyanət, maliyyə problemləri və işsizlikdir. Boşanmaların əksəriyyətini qadınlar tələb edir.

“Yaşayış şərtləri və ərimin mənə qarşı olan rəftarı çox pis idi, ancaq valideynlərim mənə bir az da dözməyimi və zamanla hər şeyin daha yaxşı olacağını söyləyirdilər. Ancaq evdəki həqiqəti bilən yeganə adam mən idim və artıq dözə bilmirdim.”

Məişət zorakılığı

Azərbaycan ailələrində məişət zorakılığı yüksək səviyyədədir və boşanmaların əsas səbəblərindəndir, amma hələ də bir çox hallarda bu ailədaxili məsələ kimi qabardılır. Qadınlara qarşı zorakılığa qarşı dövlət tərəfindən hüquqi normativlər sərtləşdirilsə də, bir çox məişət zorakılığının qurbanları yaşadıqlarını polisə bildirməkdə istəksizdir . Sosial stiqma və qadın hüquqları ilə bağlı kifayət qədər məlumatın olmaması, onlarda ailə nüfuzuna zərər gəlməsindən, inamsızlıqdan və uşaqlarını itirmək qorxusu yaşamalarına səbəb olur. Onlar məişət zorakılığını və bu kimi digər məsələləri ailədə gizli tutulmasını düşündüklərinə görə səlahiyyətli şəxslər və polis buna müdaxilə etmək istəmir.

Hüquqi sistemə çıxış

İşin və vəziyyətin mürəkkəbliyindən asılı olaraq boşanma qadın üçün emosional və psixoloji baxımdan çox yorucu bir prosesdir. Prosesin özü ölkədə çox məşhurdur, lakin boşanma prosesinin bitməsi yeganə istənilən nəticə deyil, eyni zamanda qadın hüquqlarını pozmayan və sarsıtmayan nəticənin əldə olunması zamanı qadınlar hələ də çoxlu çətinliklərlə qarşılaşa bilərlər. Bu kimi hallar qadınlar öz huquqları ilə bağlı kifayət qədər məlumatlı olmadığı anlarda baş verir.

Dövlət statistika komitəsinin məlumatına əsasən 2015-ci ildə boşanma üçün ərizə verən ailələrin yarıdan çoxunun uşağı yox idi (12764-dən 6950-nin). Uşağı olmayan qadının boşanma prosesində hüquqları məhkəmə icraatı ilə eyni dərəcədə təmin edilməməklə, ayrı – seçkiliyə məruz qala bilir. İnzibati prosedur uşaqsız qadınların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilən məcburi qarşılıqlı razılığın əldə olunmasına gətirib çıxara bilər.

“Ərimin narkotik problemi var idi. Mən ondan boşanmaq istədim, ancaq uşağımın gələcəyi üçün ailəni dağıtmaq və uşağımın atasız böyüməsini istəmirdim.”

Boşanmalar hətta məişət zorakılığına əsasən tələb olunduqda belə asanlıqla nail olunmur. Bahalı hüquqi xidmətlər, pulsuz hüquqi yardımın əldə olunmaması, kənd yerlərində məhdud sayda hüquqşünasların olması, hüquqi yardım axtararkən qadınların qarşısında duran əsas maneələrdən biridir. Polis, hüquq mühafizə orqanları və məhkəmə sistemlərində qadın nümayəndələrin çatışmazlığı hüquqi yardım axtaran qadınlar üçün maneə yaradır, prosesin davamlılığı onların başa düşülməməsinə və ruhdan düşmələrinə gətirib çıxara bilir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikası Hökuməti 1999-cu il, maddə 84.1) qeyd edilmişdir ki, ər-arvad bir-birinə maddi dəstək verməlidir. Kişilər aliment ödəməkdən imtina edir və ya onu tez–tez ödəyir, bunun kimi bir çox hallar olur. Belə hallar boşamış qadınların ədalətə nail olmasını və hüquqlarını məhdudlaşdırır. Dəstək olmadığı halda məhkəməyə müraciət edən şəxsə məhdudiyyət qoyulmamalıdır.

Problemlər:

Qadınlar boşanma prosesi zamanı və ondan sonra da bir çox çox problemlərlə qarşılaşırlar. Xüsusilə kənd yerlərində məxsusluq hissi, qovulma qorxusu və kişilərdən sosial, psixoloji və maddi asılılığın yaranması qadınları boşanma prosesinə başlamağa qoymur. Ailə dəstəyinin olmaması, ictimai rüsvayçılıq, ailələri birgə saxlamaq üçün göstərilən təzyiqlər bu ilk addımı atmağı daha da çətinləşdirir.

Qadınların üzləşdikləri çətinlik və problemlər :

  • Ər məhkəmə proseslərində iştirak etmir
  • Aliment düzgün ödənilmir
  • Əmtəəni (gətirdiy cehizi) keçmiş ərindən geri almaq
  • Valideynlərdən asılılığı yaradan maliyyə qeyri- sabitliyi
  • İş təcrübəsinin olmaması, yeni və münasib iş tapmaqda maneələrin yaranması
  • Boşanmış qadın statusu ilə əlaqədar olaraq münasib olmayan iş təklifləri ilə qarşılaşır
  • Yeni əlaqənin qurulmasında çətinliklər, xüsusilə də qadının keçmiş ərindən uşağı varsa
  • Cəmiyyətlə yaşadıqları çətinliklər və bu məsələlərlə bağlı problemlər
  • Depressiya

Sosial stiqma:

Azərbaycanda boşanmalarla bağlı sosial stiqma geniş vüsət alib. Boşanmadan sonra qadınlar yeni həyata başlayanda artıq çoxlu maneələrlə qarşılaşır və cəmiyyət də bunu çətinləşdirir. Boşanmış qadınlar yeni əlaqəyə başlayanda, münasib olmayan iş təklifləri ilə məhvedici şayiələr və çətinliklərlə qarşılaşır . Digər tərəfdən kişilərin yeni ailə qurmaqla bağlı az problemləri var. Qadınlar boşanmadan sonra dəfələrlə ictimaiyyət içinə çıxmaq istəmirlər. Yeni həyat qurmaq və davam etdirmək üçün onların emosional və psixoloji dəstəkləri olmur. Çox vaxt qadınlar boşanmış qadın statusuna(sosial stiqmaya) görə uzun müddət evli qalırlar. Boşanmadan sonra, xüsusilə kənd yerlərində əksər hallarda ər və arvad bir- biri ilə yaxşı münasibətdə olmur, atalar xüsusilə də yeni ailə qurduqdan sonra uşaqlarla əlaqəni itirir. Əgər ata boşanmadan sonra hələ də sosial təzyiq göstərirsə, uşaqlarının həyatına müdaxilə edirsə bu cəmiyyət tərəfindən qeyri – adi və qəribə qarşılanır.

“Boşandıqdan sonra evdən heç çıxmamışam. Özümü ictimai yerlərdə insanların boşanmış qadınlara qarşı olan neqativ fikirlərinə görə rahat hiss etmirəm.”

Qarşıdakı yol:

Ekspert P.Bayramovanın sözlərinə görə: qeyd edilən bu neqativ hallar nəticədə boşanmış qadınların cəmiyyətə inteqrasiyasını daha da çətinləşdirir. Qadınların qarşılaşdıqları problemlərə patriarxal təsnifatla əlaqədar olan bir neçə faktor səbəb olur. Boşanma zamanı və ondan sonra qadınların üzləşdiyi müəyyən problemlərlə yaxından tanış olmaq, onların ədalətli boşanma proseslərini və cəmiyyətə inteqrasiyasını təmin edən və müstəqillik qazanmalarına kömək edəcək xidmətlərin göstərilməsi üçün lazımı yanaşmanı tapmaq vacibdir.

Boşanma prosesi zamanı və bu prosesdın sonra qadınlara dəstək verən mexanizmlərin olmaması aydın görünür. Bu problem boşanmaların qarşısının alınması ilə bağlı proqramlar, maarifləndirmə kampaniyaları, boşanma prosesində və sonrakı həyatlarında çətinliklərlə qarşılaşan qadınların iştirakı ilə birbaşa proqramların hazırlanması ilə bir neçə səviyyədə həll edilməlidir. Planlaşdırılmış nikahların qarşısının alınmasına media vasitəsilə maarifləndirilməni artırmaqla, boşanmayla bağlı sosial stiqmayla mübarizəyə məktəb kitablarının və digər tədris materiallarının yenidən nəzərdən keçirilməsi ilə, Azərbaycanın təhsil sitemində gender stereotiplərinin yenilənməsinə kişilərlə müqayisədə qadınlara az əmək haqqının ödənilməsi problemini azaltmaq məqsədilə kişi və qadınlar arasındakı iş bölgüsünə qarşı mübarizə aparmaq üçün polis, hüquq– mühafizə orqanları və məhkəmə sistemlərində qadınların işə cəlb olunmasına xüsusi diqqət yetirilməlidir.

Konkret tədbirlər üçün təkliflər:

Yuxarıda qeyd etdiyimiz kimi bu problem çoxşaxəlidir və həyatın müxtəlif mərhələlərində mənfi təsirləri var. Boşanmış qadınlara boşanmadan sonra yeni həyat qurmaları üçün maneə yaradan sahələrdə müxtəlif səviyyələrdə dəstək olmaq lazımdır. Boşanma prosesinin başlanğıcında onların çoxuna dostları və ailələri dəstək olmur. Boşanma və boşanmadan sonrakı mərhələdə depressiyaya düşmə mümkünlüyünü azaltmaq və ondan qaçmaq, həyatlarına davam etmək üçün motivasiya və səbəblər tapmaq, müstəqil maliyyəni təmin etməklə bağlı özlərinin şəxsi planlarını yaratmaq məqsədi ilə onlara peşəkar psixoloji dəstək və məsləhət təklif olunmalıdır.

Komputer, İngilis dili və Rus dili kimi kurslarla müxtəlif peşə təhsili və ya öz bizneslərini yaratmaqla bağlı təlimlərlə təmin olunmaları onlara müxtəlif mərhələlərdə kömək edər. Yeni bacarıqlar biznes sahəsində onların daha rəqabətcil və işə götürülən olmalarına kömək edə bilərdi. Yeni bacarıqların əldə edilməsi, səlahiyyətlərin gücləndirilməsi və özünə inam yaratmaq üçün bir vasitədir.

“Elə bir işdə işləmək istəyirəm ki, səhəri gün ədəbsiz təkliflərə görə işdən çıxmağa məcbur olmayım.”

Cəmiyyətdə gender bərabərliyi boşanma və qadınların qəbul edilməsi ilə bağlı silsilə maarifləndirmə kampaniyalarının keçirilməsi, cəmiyyətdəki fikirlərin dəyişilməsi üçün mühüm bir addım olardı. Bu məsələ ilə bağlı stereotiplərin və stiqmanın aradan qaldırılması, qısa müddətdə baş verə bilməz və bu uzun müddətli bir prosesdir, lakin boşanmış qadınların öz dəyərlərini anlamaları öz qərarlarıyla bağlı utanc və təəssüf hiss etmədən, həyatlarına davam etməkdə yardımçı olan bir vasitənin yaranmasına xidmət edə bilər.

İstifadə olunan ədəbiyyat:

  • COE (2017) Azərbaycanda qadınların ədaləti əldə etmələri üçün maneələr vasitələr və yaxşı təcrübələr
  • Pərvanə Bayramova (2017) Azərbaycanda qadınların ədaləti əldə etmələri üçün maneələr vasitələr və yaxşı təcrübələr
  • BMT-nin İnkişaf Proqramı / UNFPA (2015), “ƏHALİNİN SİYASİ ANALİZİ: Azərbaycanda Demoqrafik Keçid “, Bakı
  • BMTİP / SCFWCA (2007), “Azərbaycanlının İnkişafı Hesabatı
  • Azərbaycanda gender münasibətləri. Trendlər və Problemlər “, Bakı
  • Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
  • https://www.stat.gov.az/menu/14/?lang=en (12.10.2018 tarixində əldə edilmişdir)