COVID-19 pandemiyasının ilkin təsiri iqtisadiyyata birbaşa tədarük zərbəsi kimi görünür. Demək olar ki, bütün bölgələrdə müəssisələrin və məktəblərin bağlanması, səyahət qadağaları, ciddi fiziki uzaqlaşdırma tədbirləri və karantinlər mövcuddur. Bu məhdudiyyətlər iqtisadi baxımdan məşğulluğun azalması kimi qiymətləndirilir. Pandemiya nəticəsində ölkələr üzrə turizm və qonaqpərvərlik, aviasiya, neft və qaz, istehlak məhsulları və yarımkeçirici sənaye sahələri də daxil olmaqla bir sıra iqtisadi sahələr böyük dərəcədə təsirlənmişdir (WHO, The Economic and Social Impact of COVID-19 in the Eastern Mediterranean Region, 2020). Neft qiymətlərindəki azalma və istehlak-tələb üzrə daralmalar Azərbaycan iqtisadiyyatında qeyri neft-qaz sektorunda əlavə dəyərin 2,5 faiz, neft-qaz sektorunda isə 2,9 faiz azalmasına səbəb olmuşdur.

Ətraflı oxumaq üçün: Covid-19 Pandemiyasının İqtisadi Təsiri