Koronovirusa qarşı qabaqlayıcı tədbirlərə qoşulan “Ulucay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi kollektivi öz vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyaraq, bu mübarizəyə öz tövhəsini verməyə başlayıb. Belə ki, Aİ-nın və BMT-nin İnkişaf Proqramının maliyyə və “Uluçay” təşkilatının texniki dəstəyi ilə həssas qadınlar qrupu üçün Şəki şəhərində yaradılmış “Eleqant” Tikiş Evi tibbi maskaların istehsalına başlamışdır. Bu proses üçün lazımi materiallar təşkilatımızın daxili imkanları hesabına təşkil edilmiş və bu müəsissədə çalışan 4 nəfər xanım da təmənnasız olaraq öz xidmətlərini göstərməyə başlamışdır. 

İstehsal edilən tibbi maskalar keyfiyyətli materiallardan hazırlanmaqla, əsasən tibb müəsissələrinə, şəhərin giriş və çıxışında post-patrul xidməti həyata keçirən hüquq mühafizə orqanlarının əməkdaşlarına, bankomatlardan istifadə edən vətəndaşlara, marşrutlar üzrə hərəkət edən avtobus sürücülərinə və ehtiyacı olan digər vətəndaşlarımıza təmənnasız olaraq paylanılır.