Aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi

Aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi

İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanda fəaliyyət göstərən İqtisadi İnkişaf Mərkəzi ilə birlikdə Avropa İttifaqı tərəfindən maliyyələşən və Şəki-Zaqatala və Dağlıq Şirvan bölgələrindəki  kiçik və orta fermer təsərrüfatlarına dəstək məqsədilə aşağıdakı fəaliyyəti həyata keçirir.

Layihənin ümumi məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Layihənin xüsusi məqsədləri aşağıdakılardır: 1. yerli, gənc və qadın fermerlərə aqro-biznesi uğurla idarə etmək, böyütmək və işgüzar məsləhət almaq üçün bərabər imkanların təmin edilməsi və 2. Yerli aqro-biznes dəyər zəncirlərinin genişləndirilməsi, fermerlərin birbaşa məktəblər, restoranlar və turizm agentlikləri ilə əlaqəsini yaratmaqla, yerli məhsulların və aqrar turizmin təşviqi.

Əhatə olunan ərazi: Şəki-Zaqatala İqtisadi və Dağlıq Şirvan Regionları

Müddət: 24 ay