Azərbaycanda məhbuslara hüquqi, reinteqrasiya və reabilitasiya yardımının göstərilməsi

Azərbaycanda məhbuslara hüquqi, reinteqrasiya və reabilitasiya yardımının göstərilməsi

Uluçay təşkilatı Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsi və İqtisadi və Sosial İnkişaf Mərkəzi ilə birgə “Azərbaycanda məhbuslara hüquqi, reinteqrasiya və reabilitasiya yardımının göstərilməsi” layihəsini həyata keçirib.

Layihənin əsas məqsədi məhbusların cəmiyyətə reabilitasiyası və reinteqrasiyası üçün onların iqtisadi və sosial hüquqlarının qorunmasıdır.

Layihə Avropa Birliyi və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilib.

Layihə çərçivəsində məhbuslara biznes təlimlər və biznes ideyalarına dəstək, hüquqi və psixoloji yardım, peşə siniflərinin yaradılması, dövlət qurumlarının, QHT-nın və penitensiar xidmətin işçilərinin bilik və bacarıqlarının artırılması və eləcə də maarifləndirmə kampaniyası təşkil edilib.