Həssas qadın qruplarına qarşı ayrıseçkilik ilə mübarizə

Həssas qadın qruplarına qarşı ayrıseçkilik ilə mübarizə

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi “Həssas qadın qruplarına qarşı ayrıseçkilik ilə mübarizə” layihəsini həyata keçirir.

Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi boşanmış və dul qadınlara, həmçinin məhbusların həyat yoldaşlarına qarşı cəmiyyətdə mövcud olan ayrıseçkilik və sosial təcridin azaldılmasına töhvə verməkdir.

Layihə çərçivəsində, qeyd olunan xanımlara hüquqi və psixoloji yardım göstəriləcək. Əlavə olaraq, biznes təlimlərdə iştirak etməklə yanaşı, xanımlar öz şəxsi biznesini yaratmaq üçün layihədən dəstək almaq imkanı qazanacaqlar.

Layihə Şəki, Qax və Zaqatala rayonlarını əhatə edir

Hədəf qrupları: boşanmış və dul qadınlar, məhbusların həyat yoldaşları