Vətəndaş Cəmiyyətinin İnkişafı Uluçayın Proqram İnkişafı Bölməsinin əsas prioritetlərindən biridir. Uluçay bu prioritet üzrə üç sahədə çalışır:

• Vətəndaş Cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması
Uluçay vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması üçün innovativ yanaşmalardan istifadə edir, xüsusi ilə qeyd olunan sahələr üzrə: vəsaitlərin cəlb olunması, maliyyə davamlılığı, kommunikasiya, layihələrin yazılması, büdcənin hazırlanması, maraqlı tərəflərlə iş və digərləri. Təşkilat daxili və xarici peşəkar təlimçilərin xidmətlərindən istifadə edir.

• Vətəndaş Cəmiyyəti təşkilatlarının qiymətləndirilməsi
Uluçay vətəndaş cəmiyyəti təşkilatlarının ehtiyaclarını qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəsi var və bu sahədə beynəlxalq təşkilatlar tərəfindən istifadə olunan alətlərdən və yanaşmalardan istifadə edir. Uluçay hüquqi mühit, institusional və bacarıq ehtiyacları, daxili siyasətlər və prosedurlar, maliyyəyə çıxış, idarəçilik kimi mövzularda qiymətləndirmə aparmaq gücünə sahibdir.

• Vətəndaş Cəmiyyəti sahəsinə dair siyasət sənədlərinin hazırlanması
Uluçay vətəndaş cəmiyyəti təşkilatları üçün münbit mühitin yaradılması üçün müstəqil araşdırmaların aparılması və müvafiq dövlət qurumları üçün tövsiyyələrin hazırlanması sahəsində təcrübəyə malikdir. Bu sahə üzrə Araşdırma bölməsində ətraflı qeyd olunub.