Biznes təlimlərində iştiraka dəvət!

Biznes təlimlərində iştiraka dəvət!

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəki-Zaqatala İnkişaf Modeli layihəsi çərçivəsində Şəki rayonunda (Şəki şəhəri və 5 kənd: Baş Küngüt, Oxud, Çələbixan qəsəbəsi, Öryət və İnçə) həyata keçiriləcək biznes təlimlərində gəncləri və qadınları iştirak etməyə dəvət edir.

Təlimlərdə qeyd olunan şəhər və kəndlərdən 18-25 yaş arası olan gənclər iştirak edə bilər. Ümumi olaraq Şəki şəhəri və kəndlərdən 3 qrup olmaqla, 75 nəfər təlimlərdə iştirak üçün seçiləcəkdir.

Təlimlərin əsas məqsədi gənclərin bizneslə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə iştirakçılar üçün 10 günlük təlimlər keçiriləcəkdir. Təlimlər çərçivəsində əhatə olunacaq mövzular: biznes liderliyi, marketinq, satış, biznes-planın yazılması, biznesin yaradılması və qeydiyyatı, biznesin idarəolunması və inkişafı, maliyyənin idarəolunması, maliyyə hesabatlılığı və maliyyəyə çıxış. Təlimlər, Şəki şəhərində, “Uluçay” təşkilatının konfrans zalında keçiriləcək.

Təlim proqramında iştirak üçün ərizə formasını doldurmaq vacibdir. Ərizə formasını “Uluçay” təşkilatının internet səhifəsindən, ofisindən, eləcə də, yerli bələdiyyə, və ya kənd İcra Nümayəndəliyindən əldə etmək olar. Doldurulmuş ərizə formaları “Uluçay” təşkilatının ofisinə, e-mail ünvanına, eləcə də yerli bələdiyyə və ya İcra Nümayəndəliyinə 25 mart, 2014-cü il tarixinədəktəqdim etmək lazımdır.

Proqramın Ümumi məqsədi: Azərbaycanın bütün bölgələrində balanslaşdırılmış və dayanıqlı iqtisadi inkişafa şərait yaradaraq sosial-iqtisadi bərabərsizliyin azaldılmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhvə vermək.

Layihənin məqsədi: Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan 6 inzibati rayonda inteqrasiyalı və dayanıqlı sahibkarlığın inkişafına dəstək göstərmək.

Ərizə Formasını yüklə

Təlimlərlə bağlı əlavə məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərləzi

  • M.Ə.Rəsulzadə küçəsi 163A, AZ5500
  • Şəki, Azərbaycan
  • +994 2424 45447
  • +994 55 943 9370  – (Samir Mədətov – Loqistika və Əlaqələr üzrə Mütəxəssis)
  • office@uluchay.org
  • http://uluchay.org