Internship Program for Youth

Internship Program for Youth

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəki gəncləri üçün təcrübə proqramını açıq elan edir. Təcrübə proqramı ən azı 3 aylıq müddətə nəzərdə tutulub. Təcrübə proqramı fərdi inkişaf və yeni bilik və bacarıqlara yiyələnmək istəyən gənclər üçün əla fürsətdir.

Təcrübə keçən gənclər layihələrin həyata keçirilməsi və kommunikasiya sahələrində çalışacaqlar. Qeyd olunan sahələrdə təşkilatın işçi heyəti ilə birgə işləməklə təcrübə keçənlər fəaliyyətlərin və layihələrin inkişafı və həyata keçirilməsi, ənənəvi və sosial mediada işin aparılması və müxtəlif hədəf qrupları ilə işləməyi öyrənəcəklər. Bu müddət ərzində təcrübə keçənlərin bilik və bacarıqların artırılmasına aid təlimlərə cəlb olunması da nəzərdə tutulub.

Tələblər:

  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Bakalavr dərəcəsi və ya davam edən ali təhsil
  • Kompüter bilikləri, xüsusi ilə Microsoft Office (Word, Excel, PowerPoint);
  • Layihələrin həyata keçirilməsi, kommunikasiya və müxtəlif hədəf qrupları ilə işə maraq;
  • Özünə inam, komandada iş, inkişaf istəyi və yaxşı təşkilatçılıq bacarıqları;
  • Təlimlər üçün Bakı və ya digər rayonlara səyahət etmək imkanı.

Təşkilat haqqında:

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi 1995-ci ildən fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. Təşkilatın əsas missiyası Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dəstək verməkdir. Uluçay son 10 il ərzində Azərbaycanın rayonlarında 40-dan çox gənclərə, qadınlara, fermerlərə, sahibkarlara və məhbuslara aid layihələr həyata keçirib. Təşkilat Şəki şəhərində yerləşir.

Müraciət üçün:

Təcrübə proqramına müraciət etmək üçün tərcümeyi halı (CV) və maraq məktubunu (nəyə görə təcrübə proqramında iştirak etməyinizə dair) ilyas@uluchay.org e-mail ünvanına göndərin. Müraciət üçün son tarix 31 iyul, 2018.