Layihə üzrə Mühasib

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsini İqtisadi və Sosial İnkişaf Mərkəzinin tərəfdaşı kimi həyata keçirir.

Layihənin məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Uluçay” Layihə üzrə Mühasib vakansiyasını elan edir.

Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu

Müddət: 24 ay, yarım ştat

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində çalışacaq Layihə üzrə Mühasib “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin maliyyə sənədlərinin və hesabatlarının hazırlanmasına məsul olacaq.

Layihə üzrə Mühasibin vəzifələri:

  • Layihə Koordinatoru və Layihənin İdarəetmə Komitəsinin təsdiq etdiyi fəaliyyətlər və ödənişlər üzrə vaxtında və dəqiq maliyyə sənədlərinin və hesabatların hazırlanmasını təmin etmək;
  • Layihənin Koordinatoru və digər işçi heyətlə əməkdaşlıqda ödəniş fakturalarının, gündəlik maliyyə sənədlərinin hazırlanması və maliyyə əməliyyatlarını həyata keçirməklə, layihənin maliyyə sistemini idarə etmək;
  • Həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərini həyata keçirmək;
  • Layihə üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

Layihə üzrə Mühasib üçün tələblər:

  • Ali Təhsil – mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartlara uyğun idarəetmə təcrübəsinə malik olmaq;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
    • Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
    • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
    • Komanda ilə işləmə bacarığının olması;
    • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.

Maraqlı olan şəxslər CV-rini 04 oktyabr 2020-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Mühasib” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.

Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.