Layihədə iştirak üçün dəvət

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi “Həssas qadın qruplarına qarşı ayrıseçkilik ilə mübarizə” layihəsini həyata keçirir. Şəki, Zaqatala və Qax rayonlarından olan boşanmış və dul qadınları, həmçinin məhbusların həyat yoldaşlarını layihədə iştirak etməyə dəvət edirik.

Layihənin əsas məqsədi boşanmış və dul qadınlara, həmçinin məhbusların həyat yoldaşlarına qarşı cəmiyyətdə mövcud olan ayrıseçkilikvə sosial təcridin azaldılmasına töhvə verməkdir.

Layihə çərçivəsində, qeyd olunan xanımlara hüquqi və psixoloji yardım göstəriləcək. Əlavə olaraq, biznes təlimlərdə iştirak etməklə yanaşı, xanımlar öz şəxsi biznesini yaratmaq üçün layihədən dəstək almaq imkanı qazanacaqlar.

Layihədə iştirak etmək istəyən xanımlar, Uluçay təşkilatının aşağıda göstərilən ünvanda yerləşən ofisinə yaxınlaşa və ya +994 2424 45447 və ya +994 703763090 nömrələri ilə əlaqə saxlaya və ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, layihə Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilir.

Əlaqə məlumatları:

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi

Calğalı Bulaq küçəsi 31A, AZ5500

Şəki, Azərbaycan

+994 2424 45447

office@uluchay.org

http://uluchay.org