Yerli Koordinator

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsini İqtisadi və Sosial İnkişaf Mərkəzinin tərəfdaşı kimi həyata keçirir.

Layihənin məqsədi, yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Uluçay” Yerli Koordinator vakansiyasını elan edir.

Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu

Müddət: 24 ay

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində çalışacaq Yerli Koordinator “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin fəaliyyətlərinin icrasına və nəzarət etməsinə məsul olacaq. Yerli Koordinator Şəki-Zaqatala İqtisadi Regionunda çalışacaq.

Yerli Koordinatorun Vəzifələri:

  • Təsdiq edilmiş fəaliyyət planının nəzərdə tutulan tarix və standartlara uyğun olaraq icra edilməsinə nəzarət etmək;
  • Layihə risklərini qiymətləndirmək və çıxış yollarını təqdim etmək;
  • Layihəyə aid bütün məlumatları düzgün sənədləşdirmək və təhlükəsizliyini təmin etmək;
  • Layihənin maliyyə sənədlərinin düzgün olmasını və vaxtında tərtibinə nəzarət etmək;
  • Layihə İdarəetmə Komitəsinin görüşlərində aktiv iştirak etmək;
  • Maraqlı tərəflərlə görüşlərin təşkili və iştirak;
  • Maraqlı tərəflər və layihə işçilərini layihənin fəaliyyətləri və uğurları haqqında məlumatlandırmaq;
  • Layihənin Menecerinə aylıq və rüblük fəaliyyət hesabatlarını təqdim etmək.

Yerli Koordinatorun xüsusi vəzifələri:

  • Şəki-Zaqatala bölgəsində Kənd Təsərrüfatı Məsləhət və İnformasiya Mərkəzinin yaradılmasında aktiv iştirak etmək;
  • Layihə çərçivəsində keçiriləcək təlimləri təşkil etmək, təlim iştirakçılarını seçmək və onların iştirakını təmin etmək;
  • Dəstəklənəcək biznes ideyalara müvafiq maddi-texniki dəstəyin göstərilməsini təmin etmək;
  • Şəki-Zaqatala Regionundan olan fermer və digər maraqlı tərəflər üçün şəbəkələşmə tədbirlərini təşkil etmək;
  • Layihə Meneceri və digər layihə işçiləri ilə birgə nəzərdə tutulan sərgi, piknik, yemək festivalları və digər tədbirləri təşkil etmək və bütün maraqlı tərəflərin iştirakını təmin etmək;
  • Layihədə nəzərdə tutulan digər fəaliyyətləri effektiv şəkildə təşkil etmək və həyata keçirmək.

Yerli Koordinator üçün tələblər:

  • Kənd təsərrüfatı və ya iqtisadiyyat sahəsində ali təhsil və ya ona uyğun olan təcrübə;
  • Kəndlərin inkişafı, kənd təsərrüfatı və ya biznesin inkişafı sahəsindəki layihələrin idarə edilməsi və koordinasiyası sahəsində minimum dörd illik təcrübə;
  • Analitik, problem həll etmə və qərar qəbul etmə bacarığı;
  • Layihə koordinasiyası və planlaşdırması haqqında təcrübə, bilik və anlayış;
  • Təlimlər, tədbirlər və görüşlər təşkil etmək bacarığı;
  • Müstəsna təşkilati və vaxt idarəetməsi bacarıqları;
  • Microsoft Office (Word, Excel, Outlook və PowerPoint) proqramlarından istifadə etmək bacarığı;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları
  • Azərbaycan və İngilis dillərini bilmək

Maraqlı olan şəxslər CV-rini 04 oktyabr 2020-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Yerli Koordinator” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.

Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.