Biznes Təlimçilər üçün elan (qadın və gənclər üçün)

Biznes təlimçilər

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsini Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi (CED) ilə əməkdaşlıqda həyata keçirir.

Layihənin məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Uluçay qeyd olunan layihə çərçivəsində Biznes üzrə Təlimçi xidmətlərini göstərə biləcək şəxsləri müraciət etməyə dəvət edir.

Əsas vəzifələr:

  • 7 biznes təlim mövzusu üzrə təlimlərin keçirilməsi:
  • Hər bir təlim mövzusu üçün təlim materiallarının və təqdimatların hazırlanması;
  • Hər bir təlim üçün müvafiq təlim hesabatını və qiymətləndirmə vərəqələrini təqdim etmək.

Keçiriləcək təlimlərin mövzuları: biznesin yaradılması, satış, marketinq, fandreyzinq, mühasibatlıq, biznesin idarə olunması və inkişafı və biznes-planın yaradılması.

Əhatə ediləcək rayonlar: Təlimlər Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında keçiriləcək.

Cədvəl: Təlimlər İyun, 2021 tarixlərindən başlayacaq.

Tələb olunan bilik və bacarıqlar:

  • Təlimçi kimi ən azı 4 il, biznes təlimçi kimi ən azı 2 il təcrübə;
  • Biznes, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil və ya müvafiq təcrübə;
  • Azərbaycan və İngilis dillərində şifahi və yazılı bacarıq;
  • Kompüter istifadəsində mükəmməl bilik və bacarıq (Word, Excel və PowerPoint)

Müraciət: Maraqlı olan şəxslər CV-rini vacancy@uluchay.org email ünvanına 20 İyun 2021-ci il, saat 18:00-dək “Biznes təlimçi” başlığı ilə göndərə bilərlər.

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəkidə yerləşən və əsas missiyası Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dəstək vermək olan qeyri-hökumət təşkilatıdır. Təşkilat haqqında ətraflı məlumatı http://uluchay.org veb-səhifəsindən tapa bilərsiniz.