Accountant for a Business Support Project

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) Birgə Proqramı çərçivəsində “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsini icra edir.

Bu layihənin ümumi məqsədi keçmiş məhbuslar arasında özünüməşğulluğu cəmiyyətə reabilitasiya və reinteqrasiya vasitəsi kimi təşviq etməkdən ibarətdir.

Layihə çərçivəsində “Uluçay” Layihə üzrə Mühasib vakansiyasını elan edir.

Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu

Müddət: 6 ay, 30% iş qrafiki

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində çalışacaq Layihə üzrə Mühasib “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsinin maliyyə sənədlərinin və hesabatlarının hazırlanmasına məsul olacaq.

Layihə üzrə Mühasibin vəzifələri:

  • Layihə Koordinatoru və Layihənin İdarəetmə Komitəsinin təsdiq etdiyi fəaliyyətlər və ödənişlər üzrə vaxtında və dəqiq maliyyə sənədlərinin və hesabatların hazırlanmasını təmin etmək;
  • Layihənin Koordinatoru və digər işçi heyətlə əməkdaşlıqda ödəniş fakturalarının, gündəlik maliyyə sənədlərinin hazırlanması və maliyyə əməliyyatlarını həyata keçirməklə, layihənin maliyyə sistemini idarə etmək;
  • Həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərini həyata keçirmək;
  • Layihə üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

Layihə üzrə Mühasib üçün tələblər:

  • Ali Təhsil – mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartlara uyğun idarəetmə təcrübəsinə malik olmaq;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
    • Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
    • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
    • Komanda ilə işləmə bacarığının olması;
    • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.

Maraqlı olan şəxslər CV-rini 21 aprel 2021-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Mühasib-biznes” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.