Accountant for a Legal Aid Project

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) Birgə Proqramı çərçivəsində “Azərbaycanın şimal-qərb bölgəsində keçmiş məhbuslara hüquqi yardımın göstərilməsi” layihəsini icra edir.

Bu layihənin ümumi məqsədi Azərbaycanın Şimal-Qərb bölgəsində yaşayan keçmiş məhbusların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə onların iqtisadi və sosial hüquqlarını müdafiə və təşviq etməkdən ibarətdir.

Layihə çərçivəsində “Uluçay” Layihə üzrə Mühasib vakansiyasını elan edir.

Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu

Müddət: 6 ay, 30% iş qrafiki

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində çalışacaq Layihə üzrə Mühasib “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsinin maliyyə sənədlərinin və hesabatlarının hazırlanmasına məsul olacaq.

Layihə üzrə Mühasibin vəzifələri:

  • Layihə Koordinatoru və Layihənin İdarəetmə Komitəsinin təsdiq etdiyi fəaliyyətlər və ödənişlər üzrə vaxtında və dəqiq maliyyə sənədlərinin və hesabatların hazırlanmasını təmin etmək;
  • Layihənin Koordinatoru və digər işçi heyətlə əməkdaşlıqda ödəniş fakturalarının, gündəlik maliyyə sənədlərinin hazırlanması və maliyyə əməliyyatlarını həyata keçirməklə, layihənin maliyyə sistemini idarə etmək;
  • Həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərini həyata keçirmək;
  • Layihə üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

Layihə üzrə Mühasib üçün tələblər:

  • Ali Təhsil – mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartlara uyğun idarəetmə təcrübəsinə malik olmaq;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
    • Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
    • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
    • Komanda ilə işləmə bacarığının olması;
    • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.

Maraqlı olan şəxslər CV-rini 21 aprel 2021-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Mühasib-hüquq” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.