Uşaqlar üçün həssas ədliyyə yanaşması tətbiqinin inkişaf perspektivləri” adlı mövqe sənədini maraqlı tərəflərə təqdim edilib

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin “Şəffaflıq Azərbaycan” təşkilatı ilə birgə həyata keçirdiyi “Azərbaycanda uşaqların və həssas qadınların insanhüquqlarının monitorinqi və müdafiəsi” layihəsi çərçivəsində “Uşaqlar üçün həssas ədliyyə yanaşması tətbiqinin inkişaf perspektivləri” adlı mövqe sənədini təqdim edilib.

31 yanvar 2023-cü il tarixdə, Bakı şəhərində 30-dan çox QHT-ları təmsilçiləri, müstəqil ekspertlər, dövlət orqanları nümayəndələrinin iştirakı ilə dəyirmi masada mövqe sənədinin müzakirə edilib. Ekspert Ramil İsgəndərli isə layihə çərçivəsində hazırlanmış “Uşaqlar üçün həssas ədliyyə yanaşması tətbiqinin inkişaf perspektivləri” adlı mövqe sənədini təqdim edib. Sənəddə yuvenal ədliyyə ilə bağlı Qərb ölkələrinin, Avropanın təcrübəsi ümumuləşmiş şəkildə analiz edilib və milli praktika ilə müqayisə edilib. Bu sahədə Azərbaycan üçün aktual olan məsələlər vurğulanıb və tövsiyyələr verilib.

Müzakirələrdə Ədliyyə Nazirliyi, ƏƏSMN, Ombudsman aparatının, Sosial Tədqiqatlar Mərkəzinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri öz rəylərini bildiriblər və gələcək planlarla bağlı fikirlərini açıqlayıblar.

Eyni zamanda, layihə çərçivəsində Balakən QHT-ları koalisiyasına göstərilən dəstəklə hazırlanmış “Balakən rayonunda uşaqların üzləşdikləri zorakılıq halları” mövzusunda mikrotədqiqatın nəticələri də təqdim edib.

Dəyirmi masa çərçivəsində təqdim edilən təklif və tövsiyyələri də nəzərə almaqla, mövqe sənədinin yekun versiyası bütün maraqlı tərəflərə, xüsusi ilə dövlət qurumlarına təqdim ediləcək.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilir.