Kənd Təsərrüfatının İnkişafı Layihəsi

Avropa İttifaqı tərəfindən maliyyələşdirilib
EU Logo AZE PNG

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə həm məsləhət, həm də məlumat xidmətlərinə əhəmiyyətli töhfələr verməklə Şəki-Zaqatala və Dağlıq Şirvanda kiçik və orta fermer təsərrüfatlarının vəziyyətini yaxşılaşdırmaq, təsərrüfat və kənd yerlərində biznes qərarlarına daha effektiv dəstək vermək və yerli sahibkarlığın və həmçinin ənənəvi qidalar və icma tərəfindən idarə olunan kənd təsərrüfatı əlaqələrinin təşviqini təmin etmək məqsədi daşıyır.

Layihənin məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Kənd Təsərrüfatının inkişafı

Azərbaycanın Şəki-Zaqatala və Dağlıq Şirvan regionları
Kənd Təsərrüfatı məsləhət və informasiya dəstəyi
Layihə çərçivəsində Şəki və Şamaxı rayonlarında Kənd Təsərrüfatı Məsləhət və İnformasiya Mərkəzləri yaradılıb. Mərkəzin aqronomları tərəfindən fermerlərin təsərrüfatla bağlı problemlərinin həlli üçün bütün lazımi məsləhət və informasiya dəstəyi göstərilib. Məsləhət dəstəyi həm də iki iqtisadi regionun bütün rayonlarında birbaşa yerlərdə həyata keçirilib.
Gənclər və qadınlar üçün biznes təhsil
Layihə çərçivəsində kəndlərdə yaşayan gənclər və qadınlar üçün biznesin inkişafı üzrə sessiyalar təşkil etmişdir. Bu proqram vasitəsilə onlar biznesin idarə edilməsi və inkişafı, marketinq, satış, biznes planının yazılması və digər sahələrdə bilik və bacarıqlara yiyələniblər.
Fermerlərin məhsullarının təşviqi
Layihə Azərbaycanın Şəki və Şamaxı rayonlarında kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili ilə fermerlərin məhsullarının təşviqinə kömək etmişdir. Bu tədbirlər çərçivəsində fermerlər öz məhsullarını nümayiş etdirərək yerli əhaliyə və turistlərə sata biliblər.
Qida irsinin təbliği
Layihənin tərkib hissələrindən biri yerli yemək irsinin təbliği olub və bu komponent çərçivəsində yerli və xarici turistlər üçün Şəki və Şamaxıda yerli yeməklərin dada biləcəkləri dörd yemək festivalı təşkil edilib.
Gənclər və qadınların biznes ideyalarının dəstəklənməsi
Layihə qadınlara və gənclərə texniki startap dəstəyi göstərib. Bu dəstək vasitəsilə Şəki-Zaqataladan 10, Dağlıq Şirvan rayonlarından isə 15 nəfər öz biznesini qurmuşdur. Bütün bizneslər kənd təsərrüfatı sektorundadır, o cümlədən arıçılıq, quşçuluq, qoyunçuluq və s. “Öz biznesini yarat” müsabiqəsinin bütün qalibləri bizneslərinə başlamaq üçün materiallar, resurslar və avadanlıqlar əldə ediblər.

Layihə xəbərləri və məlumatlar