Şəkinin Kiş kəndində uşaq bağçasının tikintisi

Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilib

Yaponiya səfirliyinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı çərçivəsində uşaqların məktəbəqədər təhsil almaq probleminin aradan qaldırılması üçün Şəkinin Kiş kəndində uşaq bağçasının tikintisinə başlanılıb. Layihənin ümumi büdcəsi 86269 dollardır. Layihənin əsas məqsədi Kiş kəndinin uşaqlarının intellektual, yaradıcı və sosial cəhətdən geriləmələrinin qarşısını almaq üçün onlara lazım olan təhsili verməkdir. Bundan əlavə, layihədə Uluçay işçi heyəti tərəfindən müəllimlər üçün ibtidai təhsildə yeni metodlar üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.