“Uluçay” Sosial-İqtisadi İnnovasiyal Mərkəzi World Vision təşkilatı ilə birgə Şəki-Zaqatala İnkişaf Modelini həyata keçirib. Şəki-Zaqatala İnkişaf Modeli Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihədir.
Ümumi məqsəd: “Azərbaycanın bütün regionlarında balanslaşdırılmış və dayanıqlı iqtisadi inkişaf üçün şərait yaratmaqla regional sosial-iqtisadi bərabərsizliklərin azaldılması və iqtisadiyyatın şaxələndirilməsi”.
Xüsusi məqsəd: Şəki-Zaqatala regionunun 6 rayonunda inteqrasiya olunmuş və dayanıqlı sahibkarlığın inkişafına dəstək vermək.