Gənclərin Biznes Təşəbbüsü
Uluçayın təşəbbüsü, Avrasiya Əməkdaşlıq Fondu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və StatoilHydro şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin Biznes Təşəbbüsü” Şəki gənclərinə yönəlmiş və bu həddən artıq böyüyən işsizlik problemi mübarizə aparan layihədir. Layihə 2008-ci ilin oktyabrın 15-də başlayıb və səkkiz ay davam edib.thGənclərin Biznes Təşəbbüsünün məzmunu və məqsədi gəncləri biznesin planlaşdırılması, biznesin inkişafı və idarə edilməsi, mühasibat uçotu və marketinqin əsasları üzrə maarifləndirmək, təlim və texniki yardım göstərmək, həmçinin gənclərin təqdim etdiyi ən yaxşı, unikal və innovativ biznes ideya və planlarını dəstəkləmək və həyata keçirmək şansı vermək idi.
Layihə çərçivəsində yerli ekspertlər və təlimçilər tərəfindən Şəkidə yaşayan və təhsil alan 30-a yaxın gəncə biznesin idarə edilməsi və inkişafı, marketinq və biznes planlarının tərtibi, uğurlu biznesə başlamağın əsas məqamları, biznesin əsasları kimi mövzularda müxtəlif təlimlər və seminarlar keçirilmiş və biznes ideyalarının maliyyələşdirilməsi müsabiqəsi elan edilmişdir. Gənclər tərəfindən Uluçay təşkilatına 6 biznes plan təqdim olunub. 3 biznes plan Uluçay, Avrasiya Tərəfdaşlıq Fondu, TASİC, “AzərDəmiryol Bank”, Sahibkarlar Assosiasiyası, Gənclər və İdman Şöbəsi və Şəki Gənclər Fondu tərəfindən seçilmişdir.
- Dizayn studiya – əsas məqsəd Şəki rayonunda internet texnologiyalarının inkişaf etdirilməsi, internet saytlarının yaradılması və müxtəlif poliqrafiya xidmətlərinin göstərilməsidir. Biznes planının büdcəsi 2115 dollar idi.
- İkinci Əl mağazası – layihənin məqsədi Şəkinin kasıb əhalisi üçün ucuz qiymətə və keyfiyyətli geyim mağazası yaratmaqdır. Büdcə 1670 dollar idi.
- "Mehriban" Qızlar Kafesi – əsas məqsəd qızların çay, kofe içə və istirahət edə biləcəyi bir yer yaratmaq idi. Büdcə 1286 dollar idi.