“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi (Uluçay) Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) Birgə Proqramı çərçivəsində maliyyələşdirilən “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsini icra edir.

Layihənin əsas məqsədi keçmiş məhbuslar arasında özünüməşğulluğu cəmiyyətə reabilitasiya və reinteqrasiya vasitəsi kimi təşviq etməkdən ibarətdir.

Uluçay qeyd olunan layihə çərçivəsində Biznes üzrə Təlimçi xidmətlərini göstərə biləcək şəxsləri müraciət etməyə dəvət edir.

Əsas vəzifələr:

  • 8 biznes təlim mövzusu üzrə təlimlərin keçirilməsi:
  • Hər bir təlim mövzusu üçün təlim materiallarının və təqdimatların hazırlanması;
  • Hər bir təlim üçün müvafiq təlim hesabatını və qiymətləndirmə vərəqələrini təqdim etmək.

Keçiriləcək təlimlərin mövzuları: biznes liderlik, biznesin yaradılması/startap, biznesin idarə edilməsi, biznesin inkişafı, marketinq, satış, mühasibat uçotu və biznes-planın hazırlanması.

Əhatə ediləcək rayonlar: Təlimlər Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında keçiriləcək.

Cədvəl: Təlimlər May-Avqust, 2021 tarixlərində keçirilməlidir.

Tələb olunan bilik və bacarıqlar:

  • Təlimçi kimi ən azı 4 il, biznes təlimçi kimi ən azı 2 il təcrübə;
  • Biznes, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil və ya müvafiq təcrübə;
  • Azərbaycan və İngilis dillərində şifahi və yazılı bacarıq;
  • Kompüter istifadəsində mükəmməl bilik və bacarıq (Word, Excel və PowerPoint)

Müraciət: Maraqlı olan şəxslər CV-rini vacancy@uluchay.org email ünvanına 10 May 2021-ci il, saat 18:00-dək “Biznes təlimçi” başlığı ilə göndərə bilərlər.

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəkidə yerləşən və əsas missiyası Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dəstək vermək olan qeyri-hökumət təşkilatıdır. Təşkilat haqqında ətraflı məlumatı http://uluchay.org veb-səhifəsindən tapa bilərsiniz.