COVID-19 və Sosial Demokratik Kapitalizmin yüksəlişi
2020-ci il 4 Noyabr tarixinə olan məlumatlara əsasən dünyada 47 milyondan çox yoluxma halı və 1 milyondan çox ölüm hadisəsi qeydə alınmışdır. Azərbaycan üçün bu göstəricilər 57 min yoluxma, 753 ölüm halı olaraq dərc edilmişdir.[1]
COVID-19 pandemiyasını iqtisadi təsirləri üzrə iki ssneari tətbiq edilmişdir. İki aylıq səyahət qadağaları müddəti və daxili tələbin kəskin azalması kimi təyin olunan ən yaxşı ssenari üzrə, qlobal Ümumi Daxili Məhsulun (ÜDM) pul itkisinin, təxminən 76,7 milyard ABŞ (-0.54%) dolları olması gözlənilir. Altı aylıq səyahət qadağaları müddəti olaraq təyin olunan daha pis bir ssenari üzrə isə, qlobal ÜDM-in təxminən 346,98 milyard ABŞ (-2.43%) dolları itirəcəyi təxmin edilir (Duffin, 2020). Və bu hadisə, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən 2008 maliyyə böhranındakı geriləmədən daha böyük olaraq xarakterizə edilir (IMF, 2020).