Covid-19 Pandemiyasının İqtisadi Təsiri

30 dekabr 2019 - 11 oktyabr 2020 tarixləri ərzində 37 milyondan çox COVID-19 yoluxan sayısı və 1 milyon ölüm hadisəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qeydə alınıb (WHO, 2020). Azərbaycan üçün isə bu sayılar 42 381 yoluxma və 612 ölüm olaraq təsdiqlənmişdir.
Pandemiya ilə mübarizə aparmaq üçün ölkələr, insanların həyatına sosial və iqtisadi təsir göstərəcək zəruri ictimai səhiyyə tədbirləri görürlər. COVID-19-un hərəkət trayektoriyası hələ də qeyri-müəyyən olsa da, COVID-19-un yayılması sağlamlıq sistemləri, həyat tərzi, sosial qarşılıqlı təsirlər, iqtisadi fəaliyyətlər, dövlət siyasətləri və maliyyə bazarları üzərində ciddi təsirlər göstərməyə davam edir (WHO, The Economic and Social Impact of COVID19 in the Eastern Mediterranean Region, 2020).

Daha ətraflı oxu

Azərbaycan dilində oxu