Gənclər üçün fandreyzinq və təkliflərin yazılması təlimi

24 avqust 2018-ci il tarixində “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi öz təşəbbüs və layihələrini reallaşdırmaqda maraqlı olan fəal gənclər üçün “Fandreyzinq və təkliflərin yazılması” mövzusunda təlim təşkil etmişdir.

Uluçayın icraçı direktoru İlyas Səfərlinin sessiyasında təklifin hər bir konkret hissəsi, büdcə tərtibatı və gənclərin layihələri üçün vəsait toplamaq üçün mövcud imkanlar haqqında təqdimat olub.

Sessiya layihə və təşəbbüsləri ilə cəmiyyətdə müsbət dəyişikliklər etmək istəyən Şəkidən olan 10 fəal gənc liderə təqdim olunub. Təlim Uluçayın region gənclərinin imkanlarının artırılması təşəbbüsünün bir hissəsi kimi təşkil olunub.