“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) Birgə Proqramı çərçivəsində “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsini icra edir.

Uluçay Şəki, Zaqatala, Qax, Oğuz, Balakən və Qəbələ rayonlarında yaşayan keçmiş məhbusları layihədə iştirak etmək üçün dəvət edir. “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsi çərçivəsində iştirakçılar biznes təlimlərdə iştirak etmək və biznes ideyalarına dəstək almaq üçün layihə imkanlarından istifadə edə biləcəklər.

Keçiriləcək təlimlərin mövzuları: biznes liderlik, biznesin yaradılması/startap, biznesin idarə edilməsi, biznesin inkişafı, marketinq, satış, mühasibat uçotu və biznes-planın hazırlanması.

Layihədə iştirak etməkdə maraqlı olanlar qeydiyyatdan keçmək üçün +994703763090 nömrəsinə zəng edərək və ya office@uluchay.org e-mail ünvanına ad, soyad və əlaqə nömrəsini göndərə bilərlər.