
Daşınmaz əmlakının sığortası
2020-ci ildən başlayaraq hüquqi və fiziki şəxslərin daşınmaz əmlakının sığortası ilə bağlı Qanunun bütün subyektlərə tətbiq edilməsi gündəmdədir. İcbari sığorta haqqında Qanun 2011-ci ildə təsdiqlənsə də, bu müddət ərzində ancaq avtonəqliyyat vasitələrinin sığortalanması öz təşəkkülünü tapmış və artıq işləkdir. Buna görə də, bu gün Azərbaycanda avtomobillərin mülki məsuliyyətinin icbari sığortasında penitrasiya faizi maksimuma yaxınlaşdığından, avtomobil istifadəçilərindən il ərzində təxminən 100 milyon manata yaxın sığorta haqqı toplanır. Hüquqi və fiziki şəxslərin daşınmaz əmlakının sığortalanması obyektiv, eləcə də, subyektiv səbəblərə görə tam formalaşmayıb və ancaq ev-alqı satqı proseslərində, eləcə də, ipoteka şərtləri ilə alınan mənzillərdə bu Qanunun müddəalarına əməl edilir. Bu da təqribən 300 milyon manatlıq bazar potensialının 9-10%-ni təşkil edir.
Mövcud problemin ciddiliyini nəzərə alaraq “Uluçay” SİİM əhalini bu sahədə məlumatlandırmaq üçün geniş maarifləndirmə kampaniyası həyata keçirməyi planlaşdırıb. Təqdim etdiyimiz sənəddə “İcbari Sığorta Haqqında” Qanunun vacib müddəaları, problemin həllinə mane olan obyektiv və subyektiv səbəblər, eləcə də, bu sahə üzrə çalışan peşəkar mütəxəssislərin rəy və təklifləri də öz əksini tapmışdır.
- Əhalinin icbari sığorta haqqında məlumatlılıq səviyyəsi:
- Fiziki və hüquqi şəxslərin daşınmaz əmlakının sığortası ilə bağlı ətraflı məlumat verilmir və insanların bu sistemi tam anlaması üçün geniş və əhatəli tədbirlər həyata keçirilmir.
- Hüquqi və fərdi şəxslərin daşınmaz əmlakının icbari sığortası haqqında, eləcə də, onun mahiyyəti haqqında insanların əksəriyyətinin məlumatı yoxdur (əsasən də, regionlarda və kənd yerlərində).
- Xəbəri olan insanların bir çoxu isə bunun mahiyyətini anlamır.
- Əhalinin bir hissəsi bu sığorta sisteminin olmasına qarşıdır, bu da əsasən sığorta məbləğini ödəyə bilməyəcəkləri ilə bağlı narahatçılıqdan irəli gəlir.
- Əhalinin bir qrupu da bu sahəyə inamsız yanaşır. Bunun da əsas səbəblərindən biri sığortanın alınmasında mübahisələrin çox olması və müddətinin uzun çəkməsidir.
- Əhalinin müəyyən bir qismi isə bu sığorta sistemini vacib sayır və alqışlayır.
2. Əhalinin müəyyən bir qismi isə bu sığorta sistemini vacib sayır və alqışlayır.
- 24 İyun 2011-ci il tarixli (№165-İVQ) Qanunla müəyyən edilmiş hər hansı sığorta təminatının tam və ya qismən könüllü sığorta müqaviləsində nəzərdə tutulması, bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulmuş şəxsləri bu vəzifəni yerinə yetirməməyə görə məsuliyyətdən azad etmir (Maddə 77.2.).
- İcbari sığorta hər kəsə şamil edilir və məcburidir (Maddə 3.1.1.).
3. İcbari sığortanın prinsipləri:
- Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı;
- Sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması;
- Sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı;
- İcbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır və bunu təsdiq edən şəhadətnamə verilir.
- Sığortaçının və sığortalının hüquq və vəzifələri bu Qanunun 22 və 23-cü Maddələri ilə tənzimlənir
4. Hüquqi və fiziki şəxslərin daşınmaz əmlakının, əsasən də yaşayış evlərinin icbari sığortasının tam həyata keçirilməsinə mane olan əsas səbəblər və bu sahədə müvafiq dövlət qurumlarının vəzifə və öhdəlikləri:
- Ölkə üzrə yaşayış evlərinin sənədləşmə məsələsi hələ də tam olaraq öz əksini tapmayıb. Bu proses regionlarda özünü daha da qabarıq göstərir. Regionlarda həm könhə evlərin və həm də yeni tikilmiş evlərin bir çoxunun texniki pasportları hələ də ya alınmayıb, ya da, köhnədir. Ona görə də, ilk növbədə müvafiq hökümət qurumları bu problemin təcili olaraq həll variantını tapmalıdırlar. Belə ki, bu sahəyə məsul olan dövlət qurumları öz şəxsi mənafelərini dövlət mənafeyindən üstün tutmamalıdır. Bu problemi həll etmədən daşınmaz əmlakın sığorta sisteminin penitrasiya faizini artırmaq mümkün görünmür. Əgər bu problemlər aradan qaldırılsa, onda daşınmaz əmlak sığortasını da avtonəqliyyatların sığortası kimi işlək etmək mümkün olar.
- - Bunu həyata keçirmədən əhaliyə əmlaklarını sığorta etdirmədiklərinə görə cərimələrin tətbiq edilməsi risklidir və məqsədəuyğun sayılmır (əmlakın sığorta etdirilməməsinə görə cərimə 30 manat nəzərdə tutulub və əgər 20 gün müddətində ev sahibi əmlakını sığortalamasa, yenidən bir də 30 manat cərimə ediləcək. Ilin sonuna kimi belə davam etsə, əmlak sahibinin cəriməsinin ümumi məbləği 540 manat edəcək. Cərimələrin toplanması cərimə edənlərə gətirdiyi dividentlər, onlara problemi kökündən həll etmək yox, daha çox cərimə yığmağa meyilli edir.
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə tətbiq edilən cərimələr:
- fiziki şəxslərə - 30 manat;
- vəzifəli şəxslərə - 80 manat
- hüquqi şəxslərə isə - 200 manat.
5. Sığorta hadisəsinə nələr daxildir: Maddə 44)
- Elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
- Qaz partlayışı;
- Elektrik naqillərində baş verən qısa qapanma;
- Su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
- Hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
6. Sığorta məbləğləri: (Article 47)
Ödənilən sığorta məbləğləri:
- Bakı şəhəri üçün minimum sığorta məbləği - 25 000 manat;
- Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün - 20 000 manat;
- Digər yerlər üçün - 15 000 manat.
Ödənilən sığorta haqqı:
- Bakı şəhəri üçün - 50 manat;
- Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün – 40 manat;
- Digər şəhər və rayonlar üçün - 30 manat.
- Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.
7. Əhali hansı sığorta şirkətləri ilə müqavilə bağlamalıdır?
- Sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər.
- Ekspertlərin fikrincə, vətəndaşların sığorta şirkətlərini seçməkdə sərbəst olması, sığorta şirkətləri arasında rəqabətin yaranmasına gətirib çıxaracaq və bu hal göstərilən xidmətin qiymətinə təsir edəcək.
8. Təklif və tövsiyyələr:
- Sənədsiz evlərin sənədləşdirilməsi dövlət tərəfindən stimullaşdırılmalıdır;
- Hüquqi və fiziki şəxslərin daşınmaz əmlakının icbari sığortası haqqında təbliğat xarakterli strategiya hazırlanmalıdır;
- Sosial çarxlar vasitəsilə məlumatın əhaliyə çatdırılması təşkil edilməlidir;
- Media və sosial mediada davamlı olaraq reklamlar getməlidir;
- Davamlı maarifləndirmə tədbirləri keçirilməlidir;
Əlavələr
https://isb.oz/wp-juntent/upluods/2015/03/bo-jhixarish2.pdf – Daşınmaz əmlakın icbari sığortası haqqinda “icbari siğortalar haqqinda” Azərbaycan Respublikasinin Qanunundan çıxarış
https://isb.oz/wp-juntent/upluods/2015/03/qoydalar_72.pdf – Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası