
Evdar qadınların sosial müdafiəsi problemləri ilə bağlı mövqe sənədə maraqlı tərəflərə təqdim edilib
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin “Şəffaflıq Azərbaycan” təşkilatı ilə birgə həyata keçirdiyi “Azərbaycanda uşaqların və həssas qadınların insanhüquqlarının monitorinqi və müdafiəsi” layihəsi çərçivəsində “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda mövqe sənədi maraqlı tərəflərə təqdim edilib.
27 yanvar 2023-cü il tarixdə, Bakı şəhərində 30-dan çox QHT-ları və dövlət qurumları nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada mövqe sənədinin müzakirə edilib. Müzakirələrdə ƏƏSMN, Ombudsman aparatının, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri öz rəylərini bildiriblər və gələcək planlarla bağlı fikirlərini açıqlayıblar.
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB İdarə Heyəti üzvü Rəna Səfərəliyeva “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda mövqe sənədini təqdim edib.
Eyni zamanda, layihə çərçivəsində Şəkidə QHT-ları koalisiyasına göstərilən dəstəklə hazırlanmış “Şəkidə boşanmış qadınların üzləşdikləri çətinliklər” mövzusunda mikrotədqiqatın nəticələrini Uluçay təşkilatının İcraçı direktoru – İlyas Səfərli təqdim edib.
Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilir.