Vətəndaş Cəmiyyəti Layihəsi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilib

Vətəndaş Cəmiyyəti Layihəsi (CSP) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşəbbüsüdür və Counterpart İnternational tərəfindən Urban İnstitutu və Beynəlxalq Qeyri-Kommersiya Hüququ Mərkəzi (ICNL) ilə birgə həyata keçirilib.

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi bu layihə çərçivəsində Azərbaycanın Şimal-Qərb Bölgəsində Dəstək QHT kimi seçilmişdir. Layihə müddətində Uluçay Counterpart, Urban Institute və ICNL ekspertlərindən bir sıra institusional və potensialın gücləndirilməsi üzrə təlimlər almışdır. Eyni zamanda bu təşkilatlar təşkilatın daxili və xarici siyasət və prosedurlarının işlənib hazırlanmasına dəstək veriblər.

Layihənin digər komponenti çərçivəsində Uluçayın təlimçiləri Counterpart-ın ekspertlərindən təlimçilər üçün təlimlərdə (ToTs) iştirak etmiş və daha sonra eyni təlimləri Azərbaycanın Şimal-Qərb bölgəsində yerləşən yerli QHT-lərə təqdim etmişlər. Bu təlimlər arasında maliyyə dayanıqlığı, fandreyzinq, kommunikasiya, təkliflərin yazılması və s.

Qeyd:

Vətəndaş Cəmiyyəti Layihəsinin məqsədi Azərbaycan vətəndaşlarına və hökumətinə dialoqun inkişafına kömək etməklə vətəndaş cəmiyyətinin monitorinq, lobbiçilik və ölkənin idarə olunmasında iştirak etmək qabiliyyətini dəstəkləməklə daha yaxşı fəaliyyət göstərən demokratiyanın yaradılmasıdır.