
Uluçay qadınların rəhbərlik etdiyi bizneslərə startap dəstəyini davam etdirir
Sayalı İbrahimova və Rəvanə İsmayılova ilə tanış olun. Onlar Şəki şəhərində öz dərzi biznesinə başlamaq üçün biznesin inkişafı təlimlərində iştirak edib və texniki startap dəstək alıblar.
Onlar fəaliyyətə başlama müddətində bütün lazımi avadanlıq, mebel və ilkin resursları alıblar. Uluçay adından onlara uğurlar və bizneslərinin gələcək inkişafı arzulayırıq.
Dəstək Uluçay tərəfindən həyata keçirilən “Azərbaycanın Şimal-Qərb regionunda həssas qadınlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə” layihəsi çərçivəsində verilib. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi və həyata keçirdiyi "Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması" adlı layihənin bir hissəsidir.