Project Assistant for a Business Support Project

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) Birgə Proqramı çərçivəsində “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsini icra edir.

Bu layihənin ümumi məqsədi keçmiş məhbuslar arasında özünüməşğulluğu cəmiyyətə reabilitasiya və reinteqrasiya vasitəsi kimi təşviq etməkdən ibarətdir.

Layihə çərçivəsində “Uluçay” Layihə Köməkçisi vakansiyasını elan edir. Layihə köməkçisinin vəzifəsi layihənin həyata keçirilməsində inzibati və əməliyyat dəstəyi göstərməkdir.

Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu

Layihə Köməkçisinin Vəzifələri:

  • Təsdiq edilmiş fəaliyyət planının nəzərdə tutulan tarix və standartlara uyğun olaraq icra edilməsinə yaxından iştirak etmək;
  • Layihəyə aid bütün məlumatları düzgün sənədləşdirməkdə dəstək göstərmək;
  • Təlimlərin və digər tədbirlərin təşkil edilməsində yaxından iştirak etmək;
  • Layihədən faydalananların təlimlərə və tədbirlərə cəlb edilməsində iştirak etmək;
  • Maraqlı tərəflərlə görüşlərin təşkili və iştirak;
  • Layihə çərçivəsində nəzərdə tutulan digər işlərin həyata keçirilməsində dəstək vermək.

Layihə Köməkçisinin xüsusi vəzifələri:

  • Şəki-Zaqatala bölgəsində yaşayan keçmiş məhbusların layihəyə cəlb edilməsində iştirak etmək;
  • Layihə çərçivəsində keçiriləcək təlimləri təşkil etmək, təlim iştirakçılarını seçilməsində və onların aktiv iştirakında iştirak etmək;
  • Dəstəklənəcək biznes ideyalara müvafiq maddi-texniki dəstəyin göstərilməsində dəstək vermək;
  • Maarifləndirmə sessiyalarının təşkili təmin etmək;
  • Layihə çərçivəsində hazırlanacaq nəşrlərin hazırlanmasında iştirak etmək;

Yerli Köməkçisinin üçün tələblər:

  • Biznesin idarəolunması və ya maliyyə sahəsində ən azı bakalavr təhsili və ya müvafiq təcrübə;
  • Analitik, problem həll etmə və qərar qəbul etmə bacarığı;
  • Təlimlər, tədbirlər və görüşlər təşkil etmək bacarığı;
  • Müstəsna təşkilati və vaxt idarəetməsi bacarıqları;
  • Microsoft Office (Word, Excel, Outlook və PowerPoint) proqramlarından istifadə etmək bacarığı;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları
  • Azərbaycan və İngilis dillərini bilmək

Maraqlı olan şəxslər CV-rini 21 aprel 2021-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Layihə Köməkçisi – Biznes” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.