Təlimçi vakansiyası

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi, Azərbaycanda Həssas Qadın və Uşaqların Hüquqlarının Monitorinqi və Müdafiəsi Layihəsi” çərçivəsində qeyri-hökumət təşkilatları nümayəndələrinə təlimlərin keçirilməsi üçün Təlimçi/lər vakansiyasını elan edir. Layihə çərçivəsində Uluçay bir və ya bir neçə Təlimçi ilə müqavilə bağlaya bilər.

Təlimlərin keçiriləcəyi yer: Şəki şəhəri

Müddət: 2 ay ərzində (sentyabr və oktyabr 2022-ci il)

Əhatə ediləcək mövzular: Məlumatların toplanması, monitorinq alətləri və mexanizmləri, hesabatların hazırlanması, vəkillik (advocacy) və sosial-siyasi araşdırmaların aparılması metodologiyaları.

Təşkil olunacaq 5 günlük təlim çərçivəsində qeyd olunan mövzular üzrə hər biri üçün 1 gün olmaqla QHT-ları nümayəndələrinə (20 nəfər) nəzəri və praktiki təlimlər keçirilməlidir.

Vəzifə və öhdəliklər:

  • Keçiriləcək təlim mövzusu üçün materialların hazırlanması (paylama materialları və təqdimatlar);
  • Təlimlərdən əvvəl və sonra müvəffəqiyyət səviyyəsini öyrənilməsi və analizi;
  • Təlimlərdən sonra hesabatın təqdim edilməsi.

Təcrübə və bacarıqlar:

  • Qeyd olunan mövzu və ya mövzular üzrə təlimçi kimi ən azı 5 illik təcrübə;
  • Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı
  • Komanda işinin təşkili
  • Qruplarla birgə iş
  • Effektiv təlim planı hazırlamaq

Maraqlı olan şəxslər CV-rini 31 avqust 2022-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Trainer: research” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.