Uluçay QHT-larını təlimlərdə iştirak etmək üçün dəvət edir

QHT-ları üçün Təlim Proqramına Dəvət

“Azərbaycanda Həssas Qadın və Uşaqların Hüquqlarının Monitorinqi və Müdafiəsi Layihəsi” çərçivəsində qadın və uşaq problemləri sahəsində fəaliyyət göstərən regional Qeyri-Hökumət Təşkilatları və qeyd edilən qruplarla çalışan Təşəbbüs Qrupları üçün təlim proqramı təşkil edilir.

Layihə çərçivəsində 20 nəfər QHT və Təşəbbüs Qruplarının nümayəndələri seçiləcək və onlara məlumatların toplanması, monitorinq alətləri və mexanizmləri, hesabatların hazırlanması, vəkillik (advocacy) və sosial-siyasi araşdırma mövzularında təlimlər keçiriləcək.

Elanın tam mətni ilə burada tanış ola bilərsiniz:

https://uluchay.org/docs/Uluchay_cfp.pdf

Təlimlərdə iştirak etmək üçün, xahiş edirik bu link vasitəsi ilə qeydiyyatdan keçəsiniz.

https://form.jotform.com/222102102047434

Son qeydiyyat tarixi 31 avqust 2022-ci il Bakı vaxtı ilə 18:00-dır.

“Azərbaycanda Həssas Qadın və Uşaqların Hüquqlarının Monitorinqi və Müdafiəsi Layihəsi “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən icra edilir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində maliyyələşdirilib.

Layihənin ümumi məqsədi həssas qrupların hüquqlarının monitorinqi və müdafiəsində daha effektiv qüvvəyə çevrilmək üçün milli və regional təşkilatları gücləndirməkdir.