Vacancy – Project Manager for a Business Support Project

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) Birgə Proqramı çərçivəsində “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” layihəsini icra edir.

Bu layihənin ümumi məqsədi keçmiş məhbuslar arasında özünüməşğulluğu cəmiyyətə reabilitasiya və reinteqrasiya vasitəsi kimi təşviq etməkdən ibarətdir.

Layihə çərçivəsində “Uluçay” Layihə Meneceri vakansiyasını elan edir. Layihə meneceri layihənin idarə edilməsinə, icrasına və hesabatlılığına məsuldur.

Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu

Layihə Menecerinin Vəzifələri:

  • Təsdiq edilmiş fəaliyyət planının nəzərdə tutulan tarix və standartlara uyğun olaraq icra edilməsinə nəzarət etmək;
  • Layihə risklərini qiymətləndirmək və çıxış yollarını təqdim etmək;
  • Layihəyə aid bütün məlumatları düzgün sənədləşdirmək və təhlükəsizliyini təmin etmək;
  • Layihənin maliyyə sənədlərinin düzgün olmasını və vaxtında tərtibinə nəzarət etmək;
  • Layihə İdarəetmə Komitəsinin görüşlərində aktiv iştirak etmək;
  • Maraqlı tərəflərlə görüşlərin təşkili və iştirak;
  • Maraqlı tərəflər və layihə işçilərini layihənin fəaliyyətləri və uğurları haqqında məlumatlandırmaq;
  • Layihənin Menecerinə aylıq və rüblük fəaliyyət hesabatlarını təqdim etmək.

Layihə Menecerinin xüsusi vəzifələri:

  • Şəki-Zaqatala bölgəsində yaşayan keçmiş məhbusların layihəyə cəlb edilməsini təmin etmək;
  • Layihə çərçivəsində keçiriləcək təlimləri təşkil etmək, təlim iştirakçılarını seçmək və onların iştirakını təmin etmək;
  • Dəstəklənəcək biznes ideyalara müvafiq maddi-texniki dəstəyin göstərilməsini təmin etmək;
  • Maarifləndirmə sessiyalarının təşkili təmin etmək;
  • Layihə çərçivəsində hazırlanacaq nəşrlərin hazırlanmasında iştirak etmək;
  • Layihədə nəzərdə tutulan digər fəaliyyətləri effektiv şəkildə təşkil etmək və həyata keçirmək.

Layihə Menecerinin üçün tələblər:

  • Biznesin idarəolunması və ya maliyyə sahəsində ən azı bakalavr təhsili;
  • Biznesin inkişafı sahəsindəki layihələrin idarə edilməsi və koordinasiyası sahəsində minimum dörd illik təcrübə;
  • Analitik, problem həll etmə və qərar qəbul etmə bacarığı;
  • Layihə koordinasiyası və planlaşdırması haqqında təcrübə, bilik və anlayış;
  • Təlimlər, tədbirlər və görüşlər təşkil etmək bacarığı;
  • Müstəsna təşkilati və vaxt idarəetməsi bacarıqları;
  • Microsoft Office (Word, Excel, Outlook və PowerPoint) proqramlarından istifadə etmək bacarığı;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları
  • Azərbaycan və İngilis dillərini bilmək

Maraqlı olan şəxslər CV-rini 21 aprel 2021-ci ildən gec olmayaraq vacancy@uluchay.org e-mail ünvanına “Layihə Meneceri – Biznes” başlığı ilə göndərə və ya Şəki şəhərində yerləşən ofisimizə (Calğalı Bulaq küçəsi 31A) gətirə bilərlər.