Bizə qoşul

Təcrübə İmkanı

  • Vəzifə: Təcrübəçi
  • Yer: Şəki (digər rayonlara mümkün səfər ilə)
  • Saat: hər gün 3 saay, həftədə 5 dəfə
  • Kompensasiya: Təcrübə ödənişsizdir, əmək müqaviləsi bağlanarsa, sonradan vəzifə ödənilir

İşin Təsviri

Biz yeni iş mühitində necə işləməyi öyrənmək və cari layihələrimizdə könüllü kimi işləmək istəyən bir təcrübəçi qəbul etmək istəyirik. Hazırda mövcud olan vəzifələr: Kommunikasiya üzrə köməkçi və Təlimçi.Təcrübəçilər hazırkı heyətdən lazımi bacarıqların artırılması dəstəyi alacaqlar. Növbəti layihələrimizdə müvəffəqiyyət qazanan təcrübəçilər ödənişli işlə təmin olunacaqlar.

Bacarıqlar
Əla yazı, ünsiyyət və analitik bacarıqlar; ali təhsilə üstünlük verilir; İngilis dilində baza biliyi tələb olunur (daha üstün biliyə üstünlük verilir). Müstəqil və yaradıcı işləmək bacarığı və təfərrüat yönümlüdür. Öyrənməyə həvəsli, qeyri-kommersiya işə marağı olan və QHT sektoru ilə tanış olan namizədlər axtarılır. Əvvəllər könüllü kimi iş təcrübəsi və ya hər hansı digər sahədə iş təcrübəsi üstünlükdür.

Müraciət üçün:

CV-lərin təqdim edilməsi üçün son tarix yoxdur, təcrübə proqramı il boyu açıqdır. Tam CV-ni ingilis və ya azərbaycan dillərində (zəhmət olmasa əlaqə telefon nömrəsini qeyd etməyi unutmayın) vacancy@uluchay.org elektron poçtuna göndərməyiniz xahiş olunur.

Suallarınızı və/və ya tələb olunan məlumatları yuxarıdakı elektron poçtuna yönləndirin.