Qafqazda FİT və CONNECT layihəsi

Beynəlxalq Vişeqrad Fondu tərəfindən maliyyələşdirilib

Uluçay “Qafqazda FIT & CONNECT! – vətəndaş cəmiyyətinin təşviqi” layihəsini Beynəlxalq Vişeqrad Fondu maliyyə dəstəyi və Demokratik Hüquqların İnkişafı Fondu, PDCS, Agora və Fundacja Partners Polska təşkilatları ilə birgə tərəfdaşlıda icra edib.

Bu layihə çərçivəsində Uluçay seçilmiş on regional və milli qeyri-hökumət təşkilatı üçün CONNECT (Ünsiyyət, Şəbəkə və Əməkdaşlıq) təlimləri təşkil etmişdir. Dörd günlük təlimlər PDCS (Slovakiya), Agora (Çexiya) və Fundacja Partners Polska (Polşa) təşkilatlarının ekspertləri tərəfindən keçirilmişdir. Layihənin ikinci hissəsində çərçivəsində Uluçay təlim proqramının iştirakçıları üçün sektorlararası tərəfdaşlığa əsaslanan layihə təkliflərinin qəbulu üçün tender təşkil edib. Tenderin dörd qalibi və Uluçayın nümayəndələri Macarıstanda DemNet tərəfindən təşkil olunmuş bir həftəlik FIT (Fandreyzinq, Təsir və Şəffaflıq) Yay Məktəbində iştirak ediblər.

Yay məktəbindən sonra qaliblər VCT-lərin özəl sektor və hökumət nümayəndələri ilə əməkdaşlığı, eləcə də qaçqın və məcburi köçkünlər kimi müxtəlif həssas qrupların cəlb edilməsi ilə bağlı layihələrini həyata keçiriblər.