Məsuliyyətli icmalar - demokratik cəmiyyət

ABŞ-ın Azərbaycan Səfirliyi tərəfindən maliyyələşdirilir

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “Məsuliyyətli icmalar-demokratik cəmiyyət” layihəsini həyata keçirib.

Layihənin ümumi məqsədi Şəkinin 5 kəndində İcma Məsuliyyəti Həftələri, təlim sessiyaları və maarifləndirmə tədbirləri, təbliğat kampaniyaları, innovativ və yaradıcı metodologiyalardan istifadə etməklə vətəndaş məsuliyyəti və demokratik dəyərlərin formalaşdırılmasından ibarət olub.

Bu layihə çərçivəsində Uluçay icma liderləri və üzvlərinin potensialını artırmış, vətəndaş iştirakı və məsuliyyəti ilə bağlı maarifləndirmə sessiyaları təşkil etmiş, həmçinin Vətəndaş Məsuliyyəti Həftələrində icma üzvləri və yerli bələdiyyələr tərəfindən həyata keçirilən kiçik miqyaslı təşəbbüsləri dəstəkləmişdir.