Azərbaycan həssas qadın və uşaq hüquqlarının monitorinqi və müdafiəsi

Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən maliyyələşdirilib

“Azərbaycanda həssas qadın və uşaqların hüquqlarının monitorinqi və müdafiəsi” layihəsi “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində maliyyələşdirilib .

Layihənin ümumi məqsədi milli və regional təşkilatları gücləndirməkdirlə həssas qrupların hüquqlarının monitorinqində və müdafiəsində daha effektiv qüvvəyə çevrilməkdir

  • Layihənin ilk xüsusi məqsədi vətəndaş cəmiyyəti təşkilatlarına qadın və uşaq hüquqları ilə bağlı monitorinq alətləri və mexanizmləri və bacarıqları haqqında lazımi biliklər verməkdir;
  • Layihənin ikinci xüsusi məqsədi qadın və uşaq hüquqlarının monitorinqi və qanunvericilik və siyasət dəyişikliklərinin müdafiəsi üçün təşkilatlara dəstək olmaqdır;
  • Layihənin üçüncü xüsusi məqsədi Azərbaycanın pilot rayonlarında həssas vəziyyətdə olan qadın və uşaqlara (ailələrə) hüquqi dəstək göstərməkdir.