Gənclərin Mülki Maarifləndirməsi Proqramı

2007-2013

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi 6 il ərzində (2007-2013-cü illər) Milli Demokratiyaya Dəstək Fondunun dəstəyi ilə Gənclərin Mülki Maarifləndirilməsi Proqramını həyata keçirib. Bu altı il ərzində proqram komponentləri gənclərin ehtiyaclarına uyğun olaraq dəyişirdi.

Proqram Azərbaycanın bir çox rayonlarını əhatə etsə də, konkret olaraq Şəkidə həyata keçirilib. Bu altı il ərzində Uluçay gənclərə yüzlərlə məlumat və qonaq məruzəçi sessiyaları təqdim edib, jurnalistika və yeni media alətləri üzrə peşəkar təlimlər təşkil edib, təşəbbüs qruplarına texniki dəstək göstərib, gənclər təşkilatlarına və təşəbbüs qruplarına kiçik qrantlar verib, həmçinin onların institusional quruculuq işlərini həyata keçirib.