
Gənclər üçün Gender Bərabərliyi sessiyası
07 dekabr 2022-ci il tarixdə, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəki Amerika Mərkəzində gənclər üçün Gender Bərabərliyinə dair informasiya sessiyası təşkil edib. Təlim ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənən “İnkişaf İmkanları” layihəsi çərçivəsində təşkil edilib. Təlim Uluçay təşkilatının təlimçisiArzu Hüseynova tərəfindən aparılıb.
Təlim proqramı gənclərin gender bərabərliyi, stereotiplər və gender bərabərliyinin təşviqi üçün mövcud mexanizm və yanaşmalar haqqında məlumatlılığını artırmaq məqsədi daşıyırdı.