Həssas qadın qruplarına qarşı ayrıseçkilik ilə mübarizə

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilib

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi “Həssas qadın qruplarına qarşı ayrıseçkilik ilə mübarizə” layihəsini həyata keçirib.

Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilib.

Layihənin əsas məqsədi boşanmış və dul qadınlara, həmçinin məhbusların həyat yoldaşlarına qarşı cəmiyyətdə mövcud olan ayrıseçkilik və sosial təcridin azaldılmasına töhvə verməkdir.

Komponent 1: Boşanmış və dul qadınlara və məhbusların həyat yoldaşlarına daha yaxşı hüquqi və psixoloji yardım, biznes təhsil, start-up və məşğulluq dəstəyi verəcək mexanizmin yaradılması

Komponent 2: Boşanmış və dul qadınların və məhbusların həyat yoldaşlarının hüquqlarının daha yaxşı müdafiəsi üçün yerli hakimiyyət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması; və

Komponent 3: Bölgələrdə qadınların problemləri ilə bağlı ictimaiyyətin və maraqlı tərəflərin məlumatlılığının artırılması və bağlı sosial damğanın azaldılması.

Hədəf regionlar: Azərbayanın Şəki, Qax və Zaqatala rayonları

Hədəf qrupu: boşanmış və dul qadınlar, məhbusların həyat yoldaşları

Layihədən fotoşəkillər

Layihə xəbərləri