Gənclərin İşsizliyinin Aradan Qaldırılması Təşəbbüsü

Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşdirilib

“Gənclərin İşsizliyinin Həlli üzrə Birgə Təşəbbüs” Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Şərq-Şərq Proqramının maliyyə dəstəyi ilə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən layihədir.

Bu layihənin əsas məqsədi əməkdaşlıq və inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə gənclər arasında işsizliyin aradan qaldırılmasıdır.

Bu layihə çərçivəsində Uluçay təşkilatının tərəfdaşları “İntellekt” İB (Gəncə, Azərbaycan) və “Etalon” YPU (İvano-Frankovsk, Ukrayna) olublar.