Salyan kiçik və orta sahibkarları üçün biznes inkişaf təlimləri keçirilib

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Salyan Amerika Mərkəzində kiçik və orta sahibkarlar üçün Biznes İnkişaf təlimlərini təşkil edib. Təlim ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənən “İnkişaf İmkanları” layihəsi çərçivəsində təşkil edilib. Təlim Uluçay təşkilatının təlimçisi İlkin Həbilov tərəfindən aparılıb və iştirakçılara praktiki bilik və bacarıqlarını verilməsinə yönəlib.

Təlim proqramının məqsədi kiçik və orta sahibkarların biznesin idarə olunması, biznes və strateji planların hazırlanması, marketinq və satış kimi mövzularda praktiki bilik və bacarıqlarını artırmaqdır.