Uluçay gənclərə şəxsi maliyyə menecmenti üzrə təlim keçib

03 sentyabr 2018-ci il tarixində “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəki gənclərinə “Şəxsi Maliyyənin idarə edilməsi” təlimi keçib. Arzu Hüseynovanın keçirdiyi təlim gənclər arasında maliyyə savadlılığının əsaslarını və şəxsi maliyyənin idarə edilməsi mexanizmlərini öyrətmək məqsədi daşıyırdı.

Mühazirələr, təqdimatlar və qrup məşğələləri vasitəsilə həyata keçirilən sessiya gənclərə xərcləmə vərdişlərini təhlil etməyə, ağlabatan maliyyə məqsədləri təyin etməyə, büdcəni yaratmağa və idarə etməyə, maliyyələrini idarə etməyə və daha yaxşı maliyyə qərarları qəbul etməyə kömək etdi.