Azərbaycanın Şəki-Zaqatala Bölgəsinin Turizm Potensialının Qiymətləndirilməsi
“Azərbaycanın Şəki-Zaqatala Bölgəsinin Turizm Potensialının Qiymətləndirilməsi” sənədi Açıq Cəmiyyət İnstitutunun Beyin Mərkəzi Fondunun dəstəyi ilə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən hazırlanmışdır. Bu qiymətləndirmə Şəki-Zaqatala bölgəsində turizm potensialını təhlil edir və yerli və milli hakimiyyət orqanları üçün tövsiyələri ehtiva edir. Qiymətləndirmədə turizmin iqtisadi fəaliyyət növü kimi əhəmiyyəti göstərilir və Şəki-Zaqatalanın mövcud vəziyyəti, ehtiyacları və gələcək inkişafı üçün təkliflər özündə əks etdirir.
Bu sənəd turizm operatorları və sahibkarlar ilə aparılan sorğular və yerli və regional maraqlı tərəflərlə məsləhətləşmələr əsasında hazırlanıb.