Boşanmalar – qadınların üzləşdiyi çətinliklər və sosial stiqma

Xülasə

Azərbaycanda boşanma hələ də çox mübahisəli hesab olunur və cəmiyyətin bir çox üzvləri, xüsusilə də keçmiş ənənə ilə yaşayan və düşünən nəsillər və əsasən də, kənd yerlərində yaşayan insanlar tərəfindən anlayışla qəbul edilmir. Araşdırma boşanmış qadınların cəmiyyətdəki mövqeyinə cinsi həssas bir mövzu baxımından toxunur. "Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi boşanmış qadınlarla bir sıra müsahibələr apararaq araşdırma həyata keçirib, məsələni daha geniş şəkildə anlamaq üçün isə ayrı-ayrı mənbələrdən statistik məlumat toplayıb. Araşdırma boşanma prosesində və sonrakı mərhələlərdə qadınların ümumi çətinlikləri, hüquqi mexanizmlərin mövcudluğu və qadınların qanunlar, eləcə də insan hüquqları haqqında nə dərəcədə yaxşı məlumatlı olduqları haqqındadır. Sosial stigma bütün prosesə necə təsir göstərir və bu çoxşaxəli problemi həll etmək üçün hansı yollar var? Bu gün boşanmış və gələcəkdə bu problemi yaşama potensialı ilə üzləşmə ehtimalı olan qadınlar üçün cəmiyyətdə daha yaxşı şərait yaratmaq, mövcud vəziyyəti dəyişdirmək üçün dəqiq hansı addımlar atıla bilər? Bu baxımdan da, ölkədə gender bərabərliyi məsələlərini həll etmək üçün hərtərəfli araşdırmaların aparılması günümüzün ən aktual məsələlərindən biridir.

Women in Azerbaijan are officially entitled to full political, economic and social participation; the reality, however, is slightly different due to deeply entrenched patriarchal attitudes in the society, especially in rural areas. Family represents a very high value where a child is considered one of the essential elements of the family, men are the breadwinners and primary decision-makers, and women are most respected for their role of being a mother, whereas supporting the family financially comes as a secondary role if necessary. Unofficially dividing professions into male and female professions is also a problem. Men mainly occupy the business sector, management, economics, construction, and oil industry. In contrast, women are concentrated in education, healthcare, social services, recreation, and entertainment, falling into the lowest monthly pay rates. This kind of division creates a considerable gender pay gap, undermining the importance of education and the overall capability of women to enroll in various professions perceived as men’s professions and, therefore, more demanding. These traditional roles manifest women’s economic, social and psychological dependence on men.

Nikah və boşanma

Əvvəl qeyd edildiyi kimi ailənin yaradılması çox mühümdür, valideynlər qızları üçün ər tapmaqda böyük səy göstərir. Razılaşdırılmış olunmuş nikahlar Azərbaycan cəmiyyətində hələ də üstünlük təşkil edir, bəzi hallarda kənd yerlərində qızların valideynlərinin seçdiyi namizədə qarşı çıxmaq hüquqları belə yoxdur. Bu ailələrdəki bəzi vəziyyət və hallarla bağlı yalan danışan və ya qadınlar ücün sonradan onun haqlarını tapdalayan dözülməz həyat şərtləri ilə nəticələnə bilən məsələləri nikahdan qabaq gizlədən ailələrdə baş verir. Maliyyə vəziyyətinin aşağı olması, əlverişsiz yaşayış şərtləri, yüksək yaş fərqi, ərin zorakı davranışı, ərin spirtli içki və narkotik maddələrdən istifadəsi bunların az bir hissədir.

Qadınlar özləri üçün ayağa qalxmaq və hüquqlarını qorumaq sahəsində zəiflik nümayiş etdirir və ya əziyyətlərə qatlaşmaqla ailələrinin şərəfini qorumağa davam edirlər. Qadınlara kənardan dəstək yoxdur və çoxlarının valideynlərinin də tək yolu onları səbrli olmağa dəvət etmək və hər şeyin yaxşı olacağına ümid bəsləmələri üçün ruhlandırmaqla bitmiş sayılır.

https://e.infogram.com/stats-divorce-1hmr6gglzkwz6nl?parent_url=https%3A%2F%2Fuluchay.org%2Fdivorce-struggles-challenges-and-social-stigma-women-face%2F&src=embed#async_embed

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin apardığı araşdırmanın demoqrafik göstəricilərinə əsasən son iki ildə boşanmaların sayı artıb. Statistik göstəricilərə əsasən 2011-ci ildə 10000-dən çox boşanma olub, 2017-ci ildə boşanmaların sayı 14514-ə çatıb, digər tərəfdən evlilik dərəcəsi 2011-ci ildən aşağı düşüb, belə ki 2011-ci ildə 88145 nikah qeydiyyata alınıbsa, 2017-ci ildə bu say 62923-dür. 2018 ci ilin ilk 7 ayında 33009 nikah və 8537 boşanma qeydiyyata alınıb. Ümumilikdə boşanmanın nisbəti hələ də digər ölkələrlə müqayisədə çox aşağıdır (hər 1000 nəfərə 1.2 - 1.5 nəfər).

Azərbaycanda boşanmanın əsas səbəbləri məişət zorakılığı, sonsuzluq, qeyri–bərabərlilik, narkomaniya, xəyanət, maliyyə problemləri və işsizlikdir. Boşanmaların əksəriyyətini qadınlar tələb edir.

“Living conditions were terrible, my husband had a bad attitude towards me, but my parents encouraged me to try and stay a little longer, saying that things would get better. I was the only one who knew the reality in the house.”

Məişət zorakılığı

Azərbaycan ailələrində məişət zorakılığı yüksək səviyyədədir və boşanmaların əsas səbəblərindəndir, amma hələ də bu qadağa hesab olunur. Qadınlara qarşı zorakılıq normallaşdırıldıqdan və hətta qəbul ediləndən bəri məişət zorakılığının qurbanları yaşadıqlarını polisə bildirməkdə istəksizdir . Sosial stiqma və qadın hüquqları ilə bağlı kifayət qədər məlumatın olmaması, onlarda ailə nüfuzuna zərər gəlməsindən, inamsızlıqdan və uşaqlarının itirilməsi qorxusu yaşamalarına səbəb olur. Onlar məişət zorakılığını və bu kimi digər məsələləri ailədə gizli tutulmasını düşündüklərinə görə səlahiyyətli şəxslər və polis buna müdaxilə etmək istəmir.

Hüquqi sistemə çıxış

İşin və vəziyyətin mürəkkəbliyindən asılı olaraq boşanma qadın üçün emosional və psixoloji baxımdan çox yorucu bir prosesdir. Prosesin özü ölkədə çox məşhurdur, lakin boşanma prosesinin bitməsi yeganə istənilən nəticə deyil, eyni zamanda qadın hüquqlarını pozmayan və sarsıtmayan nəticənin əldə olunması zamanı qadınlar hələ də çoxlu çətinliklərlə qarşılaşa bilərlər. Bu kimi hallar qadınlar öz huquqları ilə bağlı kifayət qədər məlumatlı olmadığı anlarda baş verir.

According to the State Statistical Committee, more than half of the families filing for a divorce in 2015 (6950 out of 12764) had no children.  Women without a child may experience discrimination in the divorce process by being mandated an administrative procedure that does not guarantee a woman’s rights to the same extent as judicial proceedings. The organizational system can lead to women without children being forced to mutual consent, violating women’s rights regarding property rights and maintenance amounts.

“He had drug problems. I wanted to divorce him, but for the sake of our child, I tried to stay married longer. I didn’t want my child to grow up without a father.”

Boşanmalar hətta məişət zorakılığına əsasən tələb olunduqda belə asanlıqla nail olunmur. Bahalı hüquqi xidmətlər, pulsuz hüquqi yardımın əldə olunmaması, kənd yerlərində məhdud sayda hüquqşünasların olması, hüquqi yardım axtararkən qadınların qarşısında duran əsas maneələrdən biridir. Polis, hüquq mühafizə orqanları və məhkəmə sistemlərində qadın nümayəndələrin çatışmazlığı hüquqi yardım axtaran qadınlar üçün maneə yaradır, prosesin davamlılığı onların başa düşülməməsinə və ruhdan düşmələrinə gətirib çıxara bilir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi (Azərbaycan Respublikası Hökuməti 1999-cu il, maddə 84.1) deyir ki, ər-arvad bir-birinə maddi dəstək verməlidir. Kişilər aliment ödəməkdən imtina edir və ya onu tez –tez ödəyir, bunun kimi bir çox hallar olur. Belə hallar boşamış qadınların ədalətə nail olmasını və hüquqlarını məhdudlaşdırır. Dəstək olmadığı halda məhkəməyə müraciət edən şəxsə məhdudiyyət qoyulmamalıdır.

Problemlər:

Qadınlar boşanma prosesi zamanı və ondan sonra da bir çox çox problemlərlə qarşılaşırlar. Xüsusilə kənd yerlərində məxsusluq hissi, qovulma qorxusu və kişilərdən sosial, psixoloji və maddi asılılığın yaranması qadınları boşanma prosesinə başlamağa qoymur. Ailə dəstəyinin olmaması, ictimai rüsvayçılıq, ailələri birgə saxlamaq üçün göstərilən təzyiqlər bu ilk addımı atmağı daha da çətinləşdirir.

Qadınların üzləşdikləri çətinlik və problemlər :

  • Ər məhkəmə proseslərində iştirak etmir
  • Aliment düzgün ödənilmir
  • Əmtəəni (gətirdiy cehizi) keçmiş ərindən geri almaq
  • Valideynlərdən asılılığı yaradan maliyyə qeyri- sabitliyi
  • İş təcrübəsinin olmaması, yeni və münasib iş tapmaqda maneələrin yaranması
  • Boşanmış qadın statusu ilə əlaqədar olaraq münasib olmayan iş təklifləri ilə qarşılaşır
  • Yeni əlaqənin qurulmasında çətinliklər, xüsusilə də qadının keçmiş ərindən uşağı varsa
  • Cəmiyyətlə yaşadıqları çətinliklər və bu məsələlərlə bağlı problemlər
  • Depressiya

Sosial damğa:

Azərbaycanda boşanmalarla bağlı sosial stiqma geniş vüsət alib. Boşanmadan sonra qadınlar yeni həyata başlayanda artıq çoxlu maneələrlə qarşılaşır və cəmiyyət də bunu çətinləşdirir. Boşanmış qadınlar yeni əlaqəyə başlayanda, münasib olmayan iş təklifləri ilə məhvedici şayiələr və çətinliklərlə qarşılaşır . Digər tərəfdən kişilərin yeni ailə qurmaqla bağlı az problemləri var. Qadınlar boşanmadan sonra dəfələrlə ictimaiyyət içinə çıxmaq istəmirlər. Yeni həyat qurmaq və davam etdirmək üçün onların emosional və psixoloji dəstəkləri olmur. Çox vaxt qadınlar boşanmış qadın statusuna(sosial stiqmaya) görə uzun müddət evli qalırlar. Boşanmadan sonra, xüsusilə kənd yerlərində əksər hallarda ər və arvad bir- biri ilə yaxşı münasibətdə olmur, atalar xüsusilə də yeni ailə qurduqdan sonra uşaqlarla əlaqəni itirir. Əgər ata boşanmadan sonra hələ də sosial təzyiq göstərirsə, uşaqlarının həyatına müdaxilə edirsə bu cəmiyyət tərəfindən qeyri – adi və qəribə qarşılanır.

“Boşandıqdan sonra evdən heç çıxmamışam. Özümü ictimai yerlərdə insanların boşanmış qadınlara qarşı olan neqativ fikirlərinə görə rahat hiss etmirəm.”

Qarşıdakı yol:

Ekspert P.Bayramovanın (2017) sözlərinə görə, qadınların qarşılaşdıqları problemlərə patriarxal təsnifatla əlaqədar olan bir neçə faktor səbəb olur. Boşanma zamanı və ondan sonra qadınların üzləşdiyi müəyyən problemlərlə yaxından tanış olmaq, onların ədalətli boşanma proseslərini və cəmiyyətə inteqrasiyasını təmin edən və müstəqillik qazanmalarına kömək edəcək xidmətlərin göstərilməsi üçün lazımı yanaşmanı tapmaq vacibdir.

Boşanma prosesi zamanı və bu prosesdın sonra qadınlara dəstək verən mexanizmlərin olmaması aydın görünür. Bu problem boşanmaların qarşısının alınması ilə bağlı proqramlar, maarifləndirmə kampaniyaları, boşanma prosesində və sonrakı həyatlarında çətinliklərlə qarşılaşan qadınların iştirakı ilə birbaşa proqramların hazırlanması ilə bir neçə səviyyədə həll edilməlidir. Planlaşdırılmış nikahların qarşısının alınmasına media vasitəsilə maarifləndirilməni artırmaqla, boşanmayla bağlı sosial stiqmayla mübarizəyə məktəb kitablarının və digər tədris materiallarının yenidən nəzərdən keçirilməsi ilə, Azərbaycanın təhsil sitemində gender stereotiplərinin yenilənməsinə kişilərlə müqayisədə qadınlara az əmək haqqının ödənilməsi problemini azaltmaq məqsədilə kişi və qadınlar arasındakı iş bölgüsünə qarşı mübarizə aparmaq üçün polis, hüquq – mühafizə orqanları və məhkəmə sistemlərində qadınların işə cəlb olunmasına xüsusi diqqət yetirilməlidir.

According to the national study “Barriers, remedies and good practices for women’s access to justice in Azerbaijan” (2017), statistics show that there are 63 (12%) female judges, out of 524, 4 (6%) female court presidents out of 74 and 47 (4%) female prosecutors out of 1069.

Konkret tədbirlər üçün təkliflər:

Yuxarıda qeyd etdiyimiz kimi bu problem çoxşaxəlidir və həyatın müxtəlif mərhələlərində mənfi təsirləri var. Boşanmış qadınlara boşanmadan sonra yeni həyat qurmaları üçün maneə yaradan sahələrdə müxtəlif səviyyələrdə dəstək olmaq lazımdır. Boşanma prosesinin başlanğıcında onların çoxuna dostları və ailələri dəstək olmur.

Boşanma və boşanmadan sonrakı mərhələdə depressiyaya düşmə mümkünlüyünü azaltmaq və ondan qaçmaq, həyatlarına davam etmək üçün motivasiya və səbəblər tapmaq, müstəqil maliyyəni təmin etməklə bağlı özlərinin şəxsi planlarını yaratmaq məqsədi ilə onlara peşəkar psixoloji dəstək və məsləhət təklif olunmalıdır.

“Elə bir işdə işləmək istəyirəm ki, səhəri gün ədəbsiz təkliflərə görə işdən çıxmağa məcbur olmayım.”

Komputer, İngilis dili və Rus dili kimi kurslarla müxtəlif peşə təhsili və ya öz bizneslərini yaratmaqla bağlı təlimlərlə təmin olunmaları onlara müxtəlif mərhələlərdə kömək edər. Yeni bacarıqlar biznes sahəsində onların daha rəqabətcil və işə götürülən olmalarına kömək edə bilərdi. Yeni bacarıqların əldə edilməsi, səlahiyyətlərin gücləndirilməsi və özünə inam yaratmaq üçün bir vasitədir.

Cəmiyyətdə gender bərabərliyi boşanma və qadınların qəbul edilməsi ilə bağlı silsilə maarifləndirmə kampaniyalarının keçirilməsi, cəmiyyətdəki fikirlərin dəyişilməsi üçün mühüm bir addım olardı. Bu məsələ ilə bağlı stereotiplərin və stiqmanın aradan qaldırılması, qısa müddətdə baş verə bilməz və bu uzun müddətli bir prosesdir, lakin boşanmış qadınların öz dəyərlərini anlamaları öz qərarlarıyla bağlı utanc və təəssüf hiss etmədən, həyatlarına davam etməkdə yardımçı olan bir vasitənin yaranmasına xidmət edə bilər.

İstinadlar:

  • COE (2017) Azərbaycanda qadınların ədaləti əldə etmələri üçün maneələr vasitələr və yaxşı təcrübələr
  • Pərvanə Bayramova (2017) Azərbaycanda qadınların ədaləti əldə etmələri üçün maneələr vasitələr və yaxşı təcrübələr
  • BMT-nin İnkişaf Proqramı / UNFPA (2015), “ƏHALİNİN SİYASİ ANALİZİ: Azərbaycanda Demoqrafik Keçid “, Bakı
  • BMTİP / SCFWCA (2007), “Azərbaycanlının İnkişafı Hesabatı
  • Azərbaycanda gender münasibətləri. Trendlər və Problemlər “, Bakı
    Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (accessed on 12.10.2018)