Penitensiar xidmət əməkdaşlarına xarici təcrübə çatdırılıb
28 dekabr 2016-cı il tarixində “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən Şəki Penitensiar Xidmətinin əməkdaşları üçün “Cəzaçəkmə müəssisələrinin idarə edilməsi – xarici ölkələrin təcrübəsi” mövzusunda təlim təşkil edilmişdir. Təlim “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin təşəbbüsü ilə BMT İnkişaf Proqramının dəstəyi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Əhalinin həssas təbəqələrinin sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin daha böyük rol oynamasına imkan yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Təlim İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov tərəfindən aparılıb.
The main aim of the training was to provide detailed information on the management of prisons in foreign countries and integrate the best and relevant experiences to the work of Sheki Penitentiary Service. During the training session, the trainer provided information and presentation on prison management from countries like Norway, Germany, the USA, Japan, the Netherlands, and other European countries. The discussion around the experience of each country has been actively discussed among participants, and relevant additional information has been provided based on participants’ questions.
Şəki Penitensiar Xidmətinin rəis müavini Mazam Mustafayev qeyd edib ki, təlim bütün iştirakçılar üçün yeni imkanlar və təcrübələr öyrənmək baxımından zəruridir və bu, Şəki Penitensiar Xidmətinin gələcək fəaliyyəti çərçivəsində nəzərdən keçirilə bilər.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və Ədliyyə Nazirliyinin Şəki Regional İdarəsi layihənin tərəfdaşıdır.