Regional QHT-ları üçün monitoring və araşdırma alətləri mövzularında təlimlər keçirilib

17-21 oktyabr 2022-ci il tarixlərində Şəki şəhərində “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Azərbaycanın müxtəlif rayonlarından 20 qeyri-hokümət təşkilatı nümayəndələri üçün 5 günlük monitorinq, araşdırma və ictimai vəkillik mövzularını əhatə edən təlim proqramını təşkil edib.

Təlimçilər Elçin Rəşid və Vəli Əlibəyov 5 gün ərzində nəzəri və praktiki məşğələlər ilə QHT-ları üçün məntiq çərçivəsinin işlənməsi, monitorinq alətləri və mexanizmləri, ictimai vəkillik, siyasi və iqtisadi araşdırmaların aparılması kimi mövzuları əhatə ediblər.

Təlim proqramının nəticəsi olaraq, QHT-ları nümayəndələri gələcəkdə öz işlərində bu alətləri və bacarıqları istifadə edərək layihərdə məntiqi çərçivəni və monitorinq planlarını nəzərə ala ve eləcə də araşdırmalar və monitorinqlər apara biləcəklər. Xüsusi ilə qeyd edək ki, iştirakçı QHT-ları layihə çərçivəsində qadın və uşaq hüquqları sahəsində monitorinq fəaliyyətini həyata keçirmək üçün dəstək alacaqlar.

Təlim proqramı “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən Şəffaflıq Azərbaycan təşkilatı ilə əməkdaşlıqda icra edilən “Azərbaycan həssas qadın və uşaqların hüquqlarının monitorinqi və müdafiəsi” layihə çərçivəsində təşkil edilib.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra edilən “Azərbaycanda həssas qruların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində maliyyələşdirilib.