“Create your Business” Competition

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ və Balakən rayonlarında biznes inkişaf təlimlərində iştirak etmiş şəxsləri “Biznesini Yarat” müsabiqəsində iştiraka dəvət edirik.

“Biznesini Yarat” müsabiqəsinin məqsədi gənclər və qadınlar üçün bərabər özünə məşğulluq imkanlarını yaratmaqdır. Bu məqsədlə, layihə çərçivəsində ən azı 20 ən yaxşı biznes ideyaya texniki dəstək göstəriləcək.

Müsabiqənin əsas prioritetləri kənd təsərrüfatı və aqro-turizm olsa da, iştirakçılar digər sahələrə aid olan biznes ideyalarını təqdim edə bilərlər. Seçim prosesində biznesin yerli şəraitə uyğunluğu, biznes-planın keyfiyyəti, idarə etmək bacarığı, davamlılıq və tövhə kimi məsələlər nəzərə alınacaq.

Hər bir biznes ideya üçün ayrılmış maksimum məbləğ 1.500 AVRO-dur (Müvəkkil Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla)

Müsabiqədə iştirak etmək istəyən şəxslər əlavə olunmuş qısa biznes plan formasını dolduraraq hər iqtisadi regiona uyğun olan e-mail ünvanlarına 08 mart 2022-ci il tarixinədək göndərə bilərlər.

Dağlıq Şirvan İqtisadi Regionundan olan iştirakçılar üçün: info@cesd.az

Şəki-Zaqatala İqtisadi Regionundan olan iştirakçılar üçün: office@uluchay.org

Məktubun başlığında mütləq “Biznesini Yarat” müsabiqəsi qeyd olunmalıdır.

Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi (CED) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsini həyata keçirir.

Layihənin məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Biznes Plan Formasını yüklə

Bu layihə Avropa İttifaqının maliyyə yardımı ilə həyata keçirilir. Elanın məzmununa görə İSİM və Uluçay məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər heç bir halda Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.