Həssas qadın qruplarına hüquqi və psixoloji yardım
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi “Azərbaycanın Şimal-Qərb bölgəsində həssas qruplara hüquqi və psixoloji yardımın göstərilməsi” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan boşanmış, dul və məhbusların həyat yoldaşları pulsuz psixoloji və hüquqi yardım ala bilərlər.
Psixoloji yardım almaq üçün +99450 2225125 nömrəsi ilə əlaqə saxlayaraq psixoloq ilə görüş üçün vaxt təyin edə bilərsiniz (onlayn və ya üz-üzə görüş).
Hüquqi yardım almaq üçün +99455 5660509 nömrəsi ilə əlaqə saxlayaraq müraciət edə bilərsiniz. Qeyd edək ki, hüquqşünaslar rayonlara tez-tez səfər edirlər və müraciətinizi səfər zamanı və ya telefonla/onlayn edə bilərsiniz.
Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatı tərəfindən maliyyələşdirilir və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən icra edilir.